Ferrari Amalfi kupesi ötən ilin ortalarında debüt edib və əvvəlki Roma modelinin təkamülü hesab olunur. İndi isə, Roma Spider modelinin birbaşa xələfi olan yumşaq damlı Amalfi Spider kabrioleti italyan idman avtomobilləri istehsalçısının model cərgəsinə əlavə edilib.
Zahiri cəhətdən Ferrari Amalfi Spider kabrioleti eyni adlı kupeyə bənzəyir - məlum məsələdir ki, başqa dam növü istisna olmaqla. Ensiz faralar, radiator barmaqlığı olmayan qapalı ön hissə, inkişaf etmiş bamperlər, yan tərəfin çıxıntılı xətləri və 20 düymlük təkər diskləri saxlanılıb. Bağlanmış yumşaq üstü olan spayder, sərt damlı kupeyə çox bənzəyir. Üç iş rejiminə malik olan aktiv arxa antiqanad 250 km/saat sürətində 110 kiloqrama qədər aşağı sıxma qüvvəsi yaradır.
Yumşaq dam dörd rəngdən və iki toxunma naxışı olan parça ilə fərdiləşdirilə bilər. Dam 60 km/saat həddinə qədər sürətlərdə cəmi 13,5 saniyəyə qatlanır, onun beş qatlı konstruksiyası isə, salonun çoxdan istehsaldan çıxarılan Portofino M modelinin sərt dam örtüyü ilə müqayisə edilə bilən səs izolyasiyasını və hava temperaturunu təmin edir. Baqajdakı qatlanmış damın qalınlığı 220 millimetr təşkil edir və o, baqajın həcmini 255-dən 172 litrə qədər azaldır. Arxa oturacaqların kürək hissəsinə külək əleyhinə ekran inteqrasiya olunub ki, o da düyməyə toxunmaqla yuxarı qalxır və geri yığışdırılır.
“2+” oturacaq konfiqurasiyasına (arxa oturacaqlar tamamilə nominaldır) malik olan salonda cihazlar panelinin 15,6 düymlük, mediasistemin 10,25 düymlük ekranı və sərnişin üçün ensiz 8,8 düymlük ekranı quraşdırılmış ön panel var. Beş idarəetmə rejiminə malik olan firma Manettino sistemi də vəd edilir.
Ferrari Amalfi Spider qabaqcıl kruiz-kontrol və elektron yardımçılar dəsti ilə təchiz olunub: dəstə avtomatik əyləcləmə, kor zonaların monitorinqi, zolaqdan kənara çıxma xəbərdarlığı, zolaqda saxlama köməkçisi, avtomatik uzaq işıqlar, yol nişanlarının tanınması və sürücünün yorğunluğunun monitorinqi funksuyası daxildir. Əlavə ödəniş qarşılığında 360 dərəcəlik kamera sistemi və arxadan hərəkət avtomobil barədə xəbərdarlıq sistemi təklif olunur.
İki turbokompressorlu 3,9-litrlik V8 mühərriki kupedən dəyişməz olaraq götürülüb. O, 640 at qüvvəsi və 760 Nm fırlanma anı hasil edir: sələfi Roma Spider modelindən 20 at qüvvəsi daha çox. Səkkiz pilləli iki muftalı “robot” bütün gücü arxa oxa ötürür.
Yumşaq damın müvafiq mexanizmləri və kuzovun əlavə gücləndirilməsi sayəsində Ferrari Amalfi Spider kupedən 86 kiloqram ağırdır və 1556 kiloqram çəkiyə malikdir. Spider 100 km/saat sürətini 3.3 saniyəyə toplayır ki, bu da kupe ilə eynidir, lakin 100 km/saat sürətin toplamaq üçün bir qədər çox vaxt tələb olunur - 9,0 saniyəyə qarşı 9.4 saniyə. Maksimal sürət dəyişməyib - 320 km/saat.
Spayderin qiyməti hələlik açıqlanmayıb, lakin Ferrari Amalfi Spider, qiyməti Avropada 240.000 avrodan başlayan oxşar kupedən daha bahalı olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









