Ferrari şirkəti Brusseldə keçirilən avtomobil sərgisində Tailor Made bölməsi tərəfindən xüsusi hazırlanmış California T modelini təqdim etmişdir. Francorchamps Motors şirkətinin sifarişi ilə hazırlanmış bu sportkar, kecən ilki «Spanın 24 saatı» yarışmasını Pro-Am Cup sinfində çıxış edən Ferrari 458 GT3 avtomobilinin qələbəsinə həsr edilmişdir. Ferrari California T modelinin qırmızı Rosso Corsa rənginə boyanmış kuzovuna ag, göy və qırmızı rəngli yarış xəttləri çəkilmiş, qapı dəstəyi sarı rəngli oxla işarələnmişdir. Avtomobilin tıchiz edildiyi xüsusi Argento Nürburgring disklərii də sarı rəngələ haşiyələnmişdir.
Ferrai California T modelinin interyeri də yarış avtomobilinə ithaf edilmişdir. Buna, alkantara və carbonla örtülmüş sükan çarxı, karbondan hazırlanmış qara mat interyer işləmələri, alkantara və «super-bərktutan» parça ilə üzlənmiş idman oturacaqları dəlalət edir. Bundan əlavə, qara rəngə boyanmış alüminium pedallar və ön panelə bərkidilmiş ,«24 Heures SPA Victoire PRO AM 2015» yazısı olan, xüsusi lövhəciklə təchiz edilir.
Avtomobilin təchizatına SuperFabric deyilən güllə keçirməyən materialdan hazırlanmış ayaqaltılar da daxildir.
Avtomobil texniki cəhətdən dəyişməz qalmışdır. Ferrari California T modeli 560 at qüvvəsi və 755 Nm fırlanma anı olan 3,8-litrlik səkkiz silindirli turbomühərriklə və 7 pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə təchiz edilir.
Avtomobil 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir. California T modelinin maksimal sürəti 316 km/saatdır.