Ferrari şirkətinin standart modellər ilə kifayətlənməyən müştəriləri üçün unikal avtomobillər hazırladığı məlumdur. Bunlara misal olaraq Ferrari F12berlinetta modelinin bazasında yaradılmış F60 America və F12 TRS modellərini və ya Ferrari 458 MM Speciale superkarlarını göstərmək olar.
Bu günlərdə Daytonada keçirilən Ferrari Finali Mondiali tədbirində yeni bir unikal avtomobil səs-küysüz təqdim edilmişdir. Ferrari SP275 RW Competizione adlanan nadir superkar F12 və ya onun xüsusi versiyası olan F12tdf modelinin bazasında yaradılmışdır.
Geniş qanadları və yan xəttləri nəzər alsaq, unikal avtomobilin sonuncu modelinin bazasında yaradıldığını ehtimal etmək olar. Xatırladaq ki, 799 ədəd istehsal ediləcək Ferrari F12tdf superkarının tirajı artıq satılmışdır.
Ferrari P540 Superfast Aperta
Eyni zamanda sarı rəngli kupe, Ferrari 599 modelinin əsasında yaradılmış P540 Superfast Aperta və yuxarıda adını çəkdiyimiz F60 America modeli ilə də bəznzərlik daşıyır. Eyni bənzərliyi Touring Superleggera kuzov atelyesinin keçən il Cenevrədə təqdim etdiyi Berlinetta Lusso modelində də görmək olar.
Ferrari Chat forumunun üzvlərindən birinin bildirdiyinə görə, bu avtomobil Floridadan olan və inisialları avtomobilin asdında əskini tapmış Rik Uorkman (Rick Workman) adlı diş həkiminə məxsusdur. Avtomobilin hazırlanmasına iki il sərf edilmiş və sahibinə bir həftə bundan öncə çatdırılmışdır.
1964 Ferrari 275 GTB/C Speciale
Superkarın kuzovu Giallo triplo strato rənginə boyanmış və mavi rəngli karbon elementlərlə bəzənmişdır ki, bu da milyoner Preston Hennin 1964 Ferrari 275 GTB/C modelinə işarə edir. Bu avtomobil Ferrari modelləri arasında ən bahalı model hesab edilir. Ferrari SP275 RW Competizione modelinə gəldikdə isə, onun F12tdf modeli ilə texniki cəhətdən fərqləndiyini söyləmək mümkün deyildir. İstənilən halda onun F12 Tour de France xüsusi seriyasından olan superkarların təchiz edildiyi 780 at qüvvəsi və 705 Nm fırlanma anına malik olan V12 mühərriki ilə hərəkətə gəldiyini ehtimal etmək olar. Xatırladaq ki, Ferrari F12tdf superkarı 100 km/saat sürətini 2,9 saniyəyə toplayır və 340 km/saat maksimal sürətə malikdir.
Bu nadir avtomobilin qiymətinə gəldikdə isə, F12tdf modelinin qiymətinin 310184 avro olduğunu nəzərə alsaq, SP274 RW Competizione modelinin qiymətini nə qədər olacağını özünüz təsəvvür edə bilərsiniz.
Ferrari F60 America
Berlinetta Lusso