Ferrari F80 superhibridi Formula 1 bolidləri və FIA WEC prototiplərinin kanonlarına uyğun olaraq inşa edilib və güc baxımından bütün məşhur sələflərini üstələyir. Ferrari şirkəti tarixdə ilk dəfədir ki, kupedə elektrik turbokompressorlarından istifadə edib və italyanlar unikal Boost Optimization funksiyası ilə bütün sənayeni təəccübləndirəcəklər. Yeni flaqmanın qiyməti 3,6 milyon avrodur.

Hiperkarın uzunluğu 4840 millimetr, eni - 2060 millimetr, hündürlüyü isə, 1138 millimetrdir. Təkər bazasının genişliyi 2665 millimetrdir

SF90 Stradale də Ferrari LaFerrari superkarının varisi roluna iddialı ola bilərdi, lakin onun nisbətən münasib qiyməti və məhdudiyyətsiz tirajı buna imkan vermirdi. Yeni F80 bu “mənfi cəhətlərdən” məhrumdur: superhibrid 799 nüsxəlik tirajla buraxılacaq, onun qiyməti isə, 3,6 milyon avrodan başlayır. Onu artıq GTO və F40 modelləri ilə bir cərgəyə qoyurlar və italyan istehsalçısının tarixindəki texnoloji cəhətdən ən mükəmməl və ən güclü Ferrari avtomobili adlandırırlar. 

Aktiv elementləri olan inkişaf etmiş aerodinamik kuzov dəsti 250 km/saat sürətində 1000 kiloqram yerəbasma gücü hasil edir

Yeni Ferrari F80 modelinin dizaynı üzərində Flavio Manzoninin rəhbərlik etdiyi Ferrari dizayn mərkəzinin komandası cavabdeh olub. Avtomobilin eksteryerində klassik F40 modelinin və müasir 12Cilindri superkarının xüsusiyyətlərini özünü biruzə verir. Aktiv elementləri olan inkişaf etmiş aerodinamik kuzov dəsti sayəsində yeni hiperkar 250 km/saat sürətində 1000 kiloqram yerəbasma qüvvəsini təmin etməyə qadirdir. Kuzov və şassi, karbonplastikdən monokok və alüminium alt çərçivələr, üstəgəl dartma batareyası üçün əlavə alt çərçivəsi olan reseptə əsasən yaradılıb. Xarici kuzov panelləri də karbonplastikdən hazırlanır. Avtomobilin uzunluğu 4840 millimetr, eni - 2060 millimetr, hündürlüyü isə, 1138 millimetrdir. Təkər bazasının ölçüsü 2665 millimetrə bərabərdir.

F80 modelinin nə qədər unikal olduğunu onun Ferrari 499P yarış bolidi ilə güc qurğusunun ortaq arxitekturası, eləcə də bir yerlik bolidi idarə etməklə müqayisə oluna bilən təəssüratı yaradacaq 1+ oturacaq düsturu nümayiş etdirir

Hiperkarın asimmetrik interyeri yeni 1+ konsepsiyasına uyğun olaraq hazırlanıb və o, diqqətin sürücüyə yönəldilməsinə xidmət edir. Vizual olaraq belə, nəzərə çarpmayan qara rəngdə tərtibata və bir qədər arxaya çəkilmiş mövqeyinə görə sərnişin oturacağı interyer ilə qarışır. Bu həll salonun nisbətən kiçik enini saxlamaqla, iki nəfəri yerləşdirməyə imkan verir, çünki salon aerodinamik elementlər və yan hava girişləri ilə sıxılırb. Sürücünün "çalovu", əksinə, cəlbedici qırmızı çaları ilə diqqəti cəlb edir. Yeni sükan daha da kiçik olub, onun yuxarı və aşağı sektorları kəsilib. Gələcəkdə belə sükan digər Ferrari modellərində də peyda olacaq.

F80 modelinin monokoku və damı karbonplastikdən və Nomex meta-aramid lifindən hazırlanıb

F80 modelinin monokoku və damı karbonplastikdən və Nomex meta-aramid lifindən hazırlanıb. Titan boltlar ilə bərkidilmiş alt çərçivələr alüminiumdandır. Enerjiudan elementlər üçün italyanlar divar qalınlığı iki millimetrdən az olan detalları əldə etməyə imkan verən yeni tökmə üsulunu hazırlayıblar. Ferrari F80 orijinal şassisi ikiqollu asqıya (açıq işlənmiş yuxarı qollar ayrıca sənət əsəridir!) və aktiv üfüqi amortizatorlara malikdir. Onların 48 voltluq idarəetmə sistemi Purosangue krossoverindən götürülüb (əlbəttə ki, lazımi dəyişikliklərlə) və belə asqı ənənəvi köndələn dayanıqlılıq stabilizatorlarına olan ehtiyacı aradan qaldırıb. 

Ferrari F80 orijinal şassisi ikiqollu asqıya (açıq işlənmiş yuxarı qollar ayrıca sənət əsəridir!) və aktiv üfüqi amortizatorlara malikdir

CCM-R Plus karbon-keramika əyləcləri xüsusilə istiliyədavamlı yastıqlar və havalandırma kanallarının sayı artırılmış disklərə malikdir. Öndə altı porşenli mexanizmlər, arxada dörd porşenli mexanizmlər quraşdırılıb. Disklərə öndə 285/30 R20, arxada isə 345/30 R21 ölçülü şinlər taxılıb. Xüsusi olaraq F80 üçün nəzərdə tutulmuş Michelin Pilot Sport Cup 2 və ya hətta daha bərk tutan Michelin Pilot Sport Cup 2R şinlərindən birini seçmək olar.

CCM-R Plus karbon-keramika əyləcləri xüsusilə istiliyədavamlı yastıqlar və havalandırma kanallarının sayı artırılmış disklərə malikdir

Ferrari F80 modelinin hibrid güc aqreqatı F163CF indeksli 3,0-litrlik V6 biturbo mühərrikinə əsaslanır. Aqreqat ilk dəfə Formula 1 avtomobillərində olduğu kimi, MGU-H sistemi olan elektrik turbokompressorları ilə təchiz edilib və 900 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edir. Superhibrid bəzi komponentləri yarış avtomobillərindən götürüb, üstəlik, o, hər bir pillə üçün fırlanma anı əyrisinin dinamik kalibrləmələri ilə öyünən ilk Ferrari yol avtomobilidir. Avtomobilin ön təkərlərini 142 at qüvvəli iki elektrik mühərriki hərəkətə gətirir.

Ferrari F80 modelinin hibrid güc aqreqatı F163CF indeksli 3,0-litrlik V6 biturbo mühərrikinə əsaslanır

Daha bir elektrik mühərriki dirsəkli val ilə birləşdirilib və əyləcləmə zamanı generator kimi işləyə və ya sürətlənmə zamanı daxili yanma mühərrikinə kömək edə bilər. Sistemin ümumi gücü 1200 at qüvvəsidir. Güc aqreqatının iş rejimi eManettino açarının köməkliyi ilə seçilir və F80 ideoloji cəhətdən SF90 Stradale və 296 GTB modellərindən fərqli olduğundan, o, elektrik dartmasından istifadə etmir. Hybrid rejimində 2,28 kilovat/saatlıq batareyanın cərəyanını dəstəkləmək üçün enerjinin bərpasına üstünlük verilir, Performance rejimi isə, trek seansları zamanı sabit məhsuldarlığı təmin edir.

Yeni sükan daha da kiçik olub, onun yuxarı və aşağı sektorları kəsilib. Gələcəkdə belə sükan digər Ferrari modellərində də peyda olacaq

Ən “acıqlı” Qualify rejimində daha yüksək pilləyə keçərkən fırlanma anının miqdarının elektron tənzimlənməsindən istifadə edir ki, bu da daxili yanma mühərrikinin və elektrik mühərriklərinin dartma qüvvəsini ən yaxşı şəkildə birləşdirməyə imkan verir. Lakin F80 superhibridinin ən maraqlı xüsusiyyəti Boost Optimization funksiyasıdır. Bu, onun avtomobil sənayesində ilk tətbiqidir və heç bir rəqibin, hətta McLaren şirkətində belə həll yoxdur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texnologiyanın mahiyyəti bundan ibarətdir: trekdə ilk gediş zamanı o, döngələri və düzlükləri müəyyən edir və sonradan ən yaxşı dövrə vaxtını qeydə almaq üçün lazımi yerlərdə “bustu” avtomatik işə salır. “Bustun optimallaşdırması” yalnız Performance və Qualify rejimlərində işləyir. Dinamikaya gəlincə, F80 modeli 100 km/saata 2,15 saniyəyə, 200 km/saata isə, 5,76 saniyəyə sürətlənir. Maksimal sürət - 350 km/saatdır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.