Ferrari şirkəti LaFerrari superhibridinin açıq variantının fotoşəkillərini yaymışdır. Ferrari LaFerrari Spider modelinin ilk fotoşəkilləti italyan istehsalçısının Twitter sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc edilmişdir.

Bir müddət bundan əvvəl Fiat Chrysler Automobiles (FCA) ittifaqının başçısı Srcio Marikonne superhibridin açıq variantının hazırlandığı barədə məlumatı təsdiq etmişdir. Ferrari LaFerrai Spider modelinin rəsmi təqdimat mətrasimi2017-ci ildə keçiriləcəkdir. Ferrari şirkətinin nümayəndələri artıq potensial alıcılarla danışıqlara başlamışdırlar. LaFerrari Spider modeli haqqında heç bir məlumat verilməsə də, onun texniki cəhətdən LaFerrari kupesi ilə bənzər olacağından şübhə etmirik.

Ferrari LaFerrari modeli tərkibinə 6,3-litrlik atmosfer tipli V12 mühərriki, 120 kilovatlıq elektromotor və litium-ion akumulyatorlar dəsti və yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu daxil olan güc qurğusu ilə hərəkətə gəlir. Bu qurğunun ümumi gücü 963 at qüvvəsi təşkil edir.

Superkar 100 kilometr-saat sürətini 3,0 saniyəyə toplayır, onun maksimal sürəti isə 350 kilometr-saat həddində elektronika tərəfindən məhdudlaşdırılmışdır. Bildiyimiz kimi, LaFerrari superkarı 499 ədədlik məhdud sayda tirajla buraxılmışdır ki, istehsal edilmiş bütün avtomobillər artıq sahiblərini tapmışdırlar. Ferrari LaFerrari Spider modelindən neçə nüsxə buraxılacağı açıqlanmamışdır. "Autocar" dərgisinin əldə etdiyi məlumata əsasən LaFerrari Spider modelinin qiyməti 3,5 milyon avro təşkil edəcəkdir.