Avropa patent agentliyi Ferrari şirkətinin növbəti ərizəsindən olan təsvirləri öz saytında dərc etmişdir. Ərizə keçək il təqdim edilsə də, təsdiqini bu günlərdə tapmışdır. Avtomobil haqqında hər hansı bir məlumat olmasa da, onun dizaynı üzərində markanın şef-dizayneri Klaudio Manzoninin işlədiyi məlumdur.
Təsvirlərdən yeni avtomobilin italyan markasının Ferrari LaFerrari avtomobili ilə bənzərlik daşıdığı açıq-aydın görünür. Lakin, yeni avtomobilin başqa aerodinamikası və tamamilə yeni arxa fənərləri vardır. Bu təsvirlər ekspertləri iki cəbhəyə bölmüşdür: onların bir hissəsi yeni avtomobilin FXX hiperkarının olduğunu, digər yarısı isə qarşımızada Ferrari LaFerrari modelinin xüsusi variantının cizgilərinin təsbir edildiyini iddia edirlər. Bu avtomobilin, unikal superkara sahib olmaq arzusunda olan hansısa varlı müştərinin fərdi sifarişi ilə hazırlandığı da istisna edilmir. Qeyri rəsmi məlumatlara görə, sirli avtomobilin yaxın aylarda təqdim ediləcəyi bildirilmişdir. Ferrari şirkətinin rəsmiləri heç bir açıqlama verməmişdirlər.