“Reuters” agentliyi Con Elkannın da daxil olduğu beş nəfərin təxminən 75 milyon avro dəyərində aktivlərinin müsadirə olunduğunu aşkar edib. Mübahisənin mövzusu qismən gülməlidir: İtaliya prokurorluğu Elkannanın nənəsinin ölkədə yaşayıb-yaşamadığını aydınlaşdırmalıdır! Söhbət 800 milyon avro dəyərində olan əmlaka görə vergilərin hesablanmasından gedir: İtaliyada miras qalmış əmlak vergiyə cəlb edilir, İsveçrədə isə, belə deyil.
Con Elkann avtomobil nəhəngi Stellantis konserninə rəhbərlik edir, eyni zamanda, Ferrari şirkətinin səhmlərinin nəzarət paketinin sahibi və italiyan şirkətinin direktorlar şurasının sədridir. Turin prokurorluğu nüfuzlu top-meneceri 2019-cu ildə aldığı mirasa görə vergi ödəməkdən boyun qaçırmaqda ittiham edir. İddianın məbləği göstərilmir, lakin açılmış iş çərçivəsində 75 milyon avro dəyərində aktivlərə həbs qoyulub.
Müstəntiqlərin fikrincə, Elkannanın nənəsi xanım Marella Karaççiolo 2010-cu ildən İtaliya rezidentidir. Ferrari və Stellantis rəhbərinin vəkilləri isə, Fiat konserninin mərhum rəhbəri Canni Anyellinin həyat yoldaşının İsveçrədə yaşadığını, ona görə də bu məsələnin İtaliya hökumətinə dəxli olmadığını iddia edirlər. Vergi fırıldaqçılığı iddiaları Elkannlar və onların anası arasındakı qalmaqallı miras mübahisəsinin bir hissəsidir.
Sadələşdirilmiş formada proses xanım Marella Karaççiolonun İtaliyada nə qədər vaxt keçirdiyindən aslıdır. Əgər qadının ölkədə 183 gündən çox qaldığı üzə çıxarsa, o zaman hökumətin iddiaları əsaslı hesab ediləcək - çünki qdın bu ölkənin rezidenti sayıla bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.