Ferrari şirkətinin superkarlarının eksklyuziv modifikasiyalarını hazırlayan bölümünün işi başından aşır. İtalyan markasının kommersiya direktoru Enriko Qallyera “Autocar” dərgisinə verdiyi müsahibədə xüsusi sifarişlər üzrə bölümün artıq 2021-ci ilə kimi olan sifarişləri qəbul etdiyini bildirilmişdir. Hazırda sifarişlər bu tarixdən sonraya qəbul edilir.

Hal-hazırda müştərilərin arzusu ilə yeganə nüsxədə Ferrari sportkarları buraxılışını nəzərdə tutan "One-Off" proqramı əsasında il ərzində istehsal edilən avtomobillərin sayı üçü keçmir. İtalyan şirkəti, sifarişlərin həddən artıq bol olmasına baxmayaraq bu prinsipi dəyişmək niyyətində deyildir. Qeyd etmək lazımdır ki, xüsusi sifarişlə hazırlanan avtomobilin yaradılmasına 18 aydan 24 aya qədər vaxt tələb edilir ki, bunlara Maranellodan olan mühəndis və dizaynerlərlə məsləhətləşmələr də daxildir. Qallyeranın sözlərinə görə, Ferrari hərdən müştərilərə rədd cavabı da verir ki, bunun da başlıca səbəbi müştərinin tələblərinin şirkətin siyasəti ilə ziddiyət təşkil etməsindədir. Misal üçün, Ferrari heç zaman çəhrayı avtomobil buraxmayacaqdır.

“Layihə brendin ideologiyasına uyğun olmalıdır.  Əgər kimsə çəhrayı rəng Ferrari sifariş etmək fikrinə düşərsə bizim cavabımız “xeyir” olacaqdır. Əgər kimsə GTC4 Lusso  modelinin trek variantını sifariş etmək istəsə bizim cavabımız “xeyir” olacaqdır. Hesab edirik ki, modelin bazardakı mövqeyinə uyğun olmayan tələb olarsa bizim cavabımız yenə də mənfi olacaqdır. Söhbət əlbəttə ki, pulda deyil, bu bizim siyasətimizdir” –  deyən top-menecer məsələyə aydınlıq gətirmişdir.

One-Off proqramı üzrə hazırlanan sonuncu avtomobil Ferrari 458 İtalia modelinin xüsusi modifikasiyası olan 458 Speciale MM superkarı olmuşdur. Böyük Britaniyadan olan müştərinin sifarişi əsasında hazırlnmış yeganə nüsxədəki avtomobil üçün yeni alüminium kuzov panelləri hazırlanmış, damın forması dəyişdirilmiş, aerodinamika yenidən işlənmiş və yüksək texnologiyalı səs sistemi quraşdırılmışdır. Bu avtomobil sifarişçiyə 3,3 milyon avroya başa gəlmişdir. 

Image alt Image alt Image alt Image alt