Ferrari markasının Fransadakı qocaman dilerlərindən biri olan Charles Pozzi firması Parisdəki Grand Palais’da keçirilmiş xüsusi tədbirdə yeganə nüsxədə buraxılmış Ferrari GTB sportkarını təqdim etmişdir. Sportkarın eksteryerinin tərtibatı klassik ralli avtomobili olmuş Ferrari 308 Gr4 Pioneer sportkarının üslubunda həll edilmişdir. Fransız pilot Jan-Klod Andrenin yarışdığı Ferrari 308 GTB modeli 1981-1982-ci illlərdə keçirilən «Tur de Frans» yarışlarında qalib gəlmişdir. Charles Pozzi firmasının sifarişi ilə buraxılan avtomobil italyan istehsalçısının xüsusi sifarişləri yerinə yetirən Tailor Made bölüməsi tərəfindən hazırlanmışdır.

Sportkarın kuzovu, 30 il bundan əvvəlki kimi, ağ və mavi rənglərə boyanmışdır. İstehsalçı vaxtilə komandaya sponsorluq etmiş firmaların loqotiplərini də unutmamışdır. Baş sponsor olmuş Pioneer şirkətinin adı da iri hərflərlə avtomobilin kuzovuna həkk edilmişdir. Kupe həmçinin, qızılı rəngli təkər diskləri və qara tutqun rəngə boyanmış əyləc mexanizmlərinin supportları ilə seçilir.

Ferrari 458 İtalia modelinin xələfi olan 488 GTB sportkarı 2015-ci ilin yazında debüt etmişdir.  Sportkar 661 at qüvvəsi və 760 Nm fırlanma anı olan 3,9-litrlik səkkiz silindirli turbomühərrik və səkkiz pilləli robotlaşdırılmış sürətlər qutusu ilə təchiz edilir.  3,9-litrlik turbomühərrik 570 at qüvvəli 4,5-litrlik atmosfer güc aqreqatını əvəz etmişdir. 488 GTB sportkarı 100 km/saat həddini 3,0 saniyəyə toplayır. Ferrari 488 GTB modelinin maksimal sürəti elektronika tərəfindən 330 km/saat həddində məhdudlaşdırılmışdır.

Elə həmin ilin də yayında, keçən həftə Bakıda təqdimatı keçirilmiş 488 Spider modeli işıq üzü görmüşdür. Payızda isə yarış modifikasiyaları olan GTE və GT3 modellərinin istehsalına başlanmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt