Ferrari şirkətinin təşkil etdiyi üçüncü «Top Design School Challenge» müsabiqəsinin qalibləri müəyyən edilmişdir. Bu müsabiqədə iştirak etmiş dörd nüfuzlu dizayn məktəbinin hər biri, «Ferrari 2040-cı ildə» mövzusunda hazırlanmış üç layihə təqdim etmişdir. Jay Kay, Sebastian Vettel, Paolo Pininfarina, Andrea Militello, Nick Mason, Flavio Manzoni, Rodolfo Gaffino Rossi, Aldo Colonnetti, Franco Cimatti və Nicola Boari kimi məşhur kolleksiyaçı, pilot, mühəndis və dizaynerlərdən seçilmiş münsiflər heyəti «Manifesto», «FL» və «de Esfera» layihələrini qalib elan etmişdir.
«Gran Premio Assoluto» mükafatına Fransanın Valansyen şəhərində yerləşən «ISD-Rubika» ali dizayn məktəbinin altı tələbəsi, fransızlar - Michael Barthly, Grimaud Gervex və Jean Baptiste, və belçikalılar - Michael Kalyvianakis, Stanislas Oleksiak, və William Stockt tərəfindən hazırlanmış «Manifesto» adlı layihə layiq görülmüşür.
Münsiflər heyətinin bu layihədə bəyəndikləri əsas cəhət tələbələrin eksteryer, interyeri və işlək hissələri əhatə edən razılaçdırılmış avtomobil konsepsiyasını yaratmaq bacarığı olmuşdur. Onlar, gələcəyin texnologiyaları istifadə edilməklə yaradılan «heyrətləndirici qapı mexanizmi»nin avtomobilin daxili funksiyalarının təkamül prosesini göstərdiyini qeyd etmişdirlər.
«Manifesto». Müəllif: ISD-Rubika
Münsiflər heyəti həmçinin, avtomobilin eksteryerində ənənəvi cizgiləriin tətbiq edilmədiyi halda, ilk baxışdan «Manifesto»nun italyan markasına aiddiyyatının şübhə doğurmadığını qeyd etmişdirlər.
Bundan əlavə münsiflər heyəti, Roman Yeqorovun təqdim etdiyi «FL» layihəsini avtomobilin kabinasının dizayn edilməsinə yönləndirilmiş yeganə layihə olduğunu bildirmişlər. Onlar, Almaniyanın Pfortsheym ali dizayn məktəbinin rus tələbəsinin interyerin yaradılmasında işlətdiyi qeyri-ənənəvi dizayn üslubunu, həmçinin, insan-maşın interfeysinin interyerə inteqrasiya edilməsi üzrə yeni baxışını ayrıca qeyd etmişdirlər.
Münsiflər heyəti həmçinin, interyerin tərtibatı üçün ənənəvi karbon və dəridən deyil, dəbdəbəli və nəcib materiallardan istifadə edildiyini xüsusi vurğulamışlar.
«FL» layihəsi. Müəllif: R.Yeqorov
Sonuncü, lakin vacib sayılan «Premio Speciale» mükafatını, onlayn səsvermə müəyyən etmişdir. Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən Hongik universitetinin üç tələbəsi - Chae wook Lee, Ha kyoung Yeom and Woo jin Jung tərəfindən işlənib-hazırlanmış «de Esfera» adlı layihə bu mükafata layiq görülmüşdür.
Xatırladaq ki, vaxtı ilə həmyerlimiz Samir Sadıxov özünün «Ferrari Xəzri» layihəsi ilə bu müsabilənin qaliblərindən biri olmuşdur. Sonradan Samir, Lamborghini Aventador və Urus modellərinin dizaynerlər komandasına daxil olmuşdur. Hal-hazırda həmyerlimiz Ford şirkəti üçün çalışır. Bundan əlavə, o, Rezvani Beast adlı idman avtomobilinin dizaynının müəllifidir.