Ferrari Special Projects bölməsi zavod fərdiləşdirmə proqramı çərçivəsində xüsusi sifarişlə inşa edilmiş daha bir avtomobili nümayiş etdirib. KC23 bu qəbildən olan dördüncü belə avtomobildir və onun əsasını 4 il bundan əvvəl kütləvi istehsalı başa çatmış ortamühərrikli Ferrari 488 superkarı təşkil edir.

Bunun əsas səbəbi, müştərinin KC23 layihəsi üçün donor olaraq yol avtomobilini deyil, 2020-ci ilin Ferrari 488 GT3 Evo yarış kupesini seçməsidir. Bu, avtomatik olaraq, eksklüziv superkarın ictimai yollara çıxışının olmadığını bildirir, tətbiq edilmiş dəyişikliklərin isə, onun yarış seriyalarına yolunu bağlayır. Bununla belə, Ferrari KC23 kolleksiya avtomobili kimi olduqca aktualdır!

Bütün xarici kuzov panelləri yenidən işlənib, və bu prosesdə həm Ferrari dizaynerlərini, həm də aerodinamikləri iştirak ediblər. Kupenin orijinal yuxarı açılan qapıları və yığcam LED fənərləri var. Firma şəkillərində kupe 21 düymlük (ön) və 22 düymlük (arxa) təkər diskləri ilə göstərilib, lakin trek üçün daha təvazökar 18 düymlük təkər diskləri nəzərdə tutulub.

Superkarın əsas xüsusiyyəti isə kuzovun hərəkət edən elementləridir. Trek rejimində daha səmərəli soyutmanı təmin etmək üçün kupenin ön təkərlərinin (radiatorlardan isti havanın çıxarılması) və qapılarının arxasındakı (mühərrikə hava axını təmin etmək məqsədilə) "qəlsəmələr" açılır.

İri arxa antiqanad da trekə daxil olmazdan əvvəl quraşdırılır və bu əməliyyat əl ilə aparılmalıdır.

Yarış avtomobilinin kokpiti demək olar ki, orijinal formada qorunub saxlanılıb. Lakin Ferrari KC23 modelində alkantara ilə üzlənmiş iki oturacaq var. Tavanda isə, arxa görüntü kameralarından ötürülən təsvirlər yayımlanan üç ekran var. Burada ənənəvi güzgülər yoxdur, üstəlik, belə sistemdən istifadənin rahatlığı sual altındadır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ənənəvi olaraq, Ferrari Special Projects unikal idman avtomobilinin texniki hissəsi barədə məlumat vermir.  Orijinal Ferrari 488 GT3 Evo kupesi 3,9-litrlik V8 biturbo mühərriki (600 at qüvvəsi, 700 Nm) hərəkətə gəlir, baxmayaraq ki, onun gücü müxtəlif çempionatların texniki tələblərinə uyğun olaraq məhdudlaşdırılır. Homoloqasiya olmadıqda, Ferrari KC23 modelindəki aqreqatın hasilatı daha yüksək ola bilər: hətta yol avtomobillərində belə mühərrik 720 at qüvvəsi hasil edir.

Yeganə nüsxədə inşa edilmiş Ferrari KC23 superkarı qarşıdan gələn Qudvud Sürət Festivalında canlı nümayiş etdiriləcəkdir. Avqust və sentyabr aylarında avtomobil Ferrari Muzeyində nümayiş etdiriləcək və yalnız bundan sonra adı açıqlanmayan müştəriyə göndəriləcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.