Ferrari şirkətinin satış və marketinq direktoru Enriko Qalyera V12 atmosfer mühərrikini markanın ürəyi adlandırıb və “onu yaşadacaqlarına” söz verib. Bu günlərdə Ferrari şirkəti italyan markasının tarixindəki ən güclü atmosfer güc aqreqatını almış 812 Competizione kupesini və onun A prefiksli açıq versiyasını tanıdıb - 830 at qüvvəsinə sahib olan təkmilləşdirilmiş 6,5-litrlik V12 mühərriki 9500 dövr/dəqiqəyə qədər sürətlənir.
Ferrari şirkətinin satış və marketinq direktoru Enriko Qalyera TopGear nəşrinə verdiyi müsahibədə - “bu mühərrik sözsüz ki, Ferrari’nin ürəyidir”, - deyə bildirib. O, Maranellodakı, V12 atmosfer mühərrikinin günlərinin hələ də sona çatmadığından əmin olan mühəndis qrupunun onu yaşatmağın yollarını axtardıqlarını da qeyd edib.
Ferrari şirkətinin texniki direktoru Maykl Leyters həmkarı ilə həmfikir olduğunu və 6,5-litrlik V12 mühərrikinin məhsuldarlığını artırmaq üçün potensiala sahib olduğunu söyləyib. Top menecer, hər il daxili yanma mühərriklərinin istifadəsini çətinləşdirən ekoloji normaların sərtləşdirilməsinin böyük bir problem adlandırıb - xüsusən də üfürmədən və ya elektrikləşmədən məhrum olan aqreqatlar üçün.
Ferrari 812 Competizione modelinin mühərriki yeni porşenlərə, sürgü qollarına və silindr başlıqlarına, habelə giriş sisteminə sahib olub.