Ferrari şirkəti Tokyoda keçirilmiş xüsusi tədbirdə J50 adlı rodsteri təqdim etmişdir. İtalyan markasının Yaponiyadakı fəaliyyətinin 50 illik yubileyinə həsr edilmiş superkar 10 nüsxədən ibarət məhdud tirajla istehsal ediləcəkdir.
Xüsusi seriyadan olan rodster Ferrari şirkətinin xüsusi layihələrə cavabdeh olan bölməsi tərəfindən yaradılmışdır. Rodsterin eksteryeri üzərində Maranellodan olan ən yaxşı mütəxəssislər çalışmışdırlar. Ferrari J50 modelinin yaradılması zamanı əsas ideya keçən əsrin yetmişinci illərində dəbdə olan «targa» tipli kuzova qayıdış olmuşdur.
Ferrari J50 rodsteri 488 Spyder modelindən alınmış 3,9-litrlik V8 turbomühərriki ilə hərəkətə gəlir. Bildiyimiz kimi, turbomühərrik 661 at qüvvəsinə və 760 Nm fırlanma anına malikdir. İtalyan istehsalçı avtomobilin dinamik xarakteristikalarını açıqlamasa da, onun yeni rodsterin əsası olan Ferrari 488 Spider modeli ilə eyni olacağı ehtimal edilir. Bildiyimiz kimi, 488 Spider 100 km/saat həddinə 3,0 saniyəyə, 200 km/saat sürətinə isə 8,7 saniyəyə sürətlənir. Onun maksimal sürəti 325 km/saatdır.
Ferrari J50 modeli haqqında məlum olan yaxın yerləşdirilmiş radiatorların və alın şüşəsinin daha güclü mailliyə malik olmasıdır. Sonuncu hava kütlələrindən effektiv istifadəni təmin edir. Rodsterin salonunun tərtibatında dəri və alkantaradan istifadə edilmişdir.