Ferrari şirkətinin başçısı Luis Kamulyeri Reuters agentliyinə italyan markasının ilk elektrokarının buraxılması planları barədə məlumat verib. Onun sözlərinə görə, mövcud olan güc akkumulyatorları hələ də ciddi təkmilləşdirmələrin aparılmasını tələb edir, onların doldurulması vaxtı isə italyanları heç də qane etmir. Bu səbəbdən də, yaxın beş ildə Ferrari loqotipini daşyan elektrokarı gözləmək lazım deyil.
Keçən ilin payızında italyan şirkəti 2022-ci ilə qədər olan inkişaf strategiyasını dərc etmişdi. Plana əsasən, italyan markasının model çeşidində hibrid sportkarların peyda olacağı nəzərdə tutulsa da, elektromobillər barədə bir kəlmə belə söylənilmir. Bu isə, italyanların 2023-cü ilə qədər elektromobil buraxmağı planlaşdırmadığını və bu müddətə əminliklə iki il də əlavə etməyin gərək olduğunu söyləmək mümkündür.
Qeyd etmək lazımdır ki, artıq elektrik ötürməsi ilə 25 km qət edən Ferrari sportkarı bu ilin yazında debüt edib. Bu, hibrid güc qurğusuna malik olan SF90 Stradale modelidir.
Mənbə: Reuters