Ferrari markası 30 ildir ki, Çində rəsmi şəkildə təmsil olunur. Bu bazarın lüks seqmenti üçün əhəmiyyətini nəzərə alsaq, italyan istehsalçısının Səma İmperisyasındakı növbəti onilliyə Roma kupesinin xüsusi buraxılışı ilə başlamaq qərarına gəlməsində təəccüblü bir şey yoxdur. Yeganə nüsxədə inşa edilmiş superkar Tailor Made fərdiləşdirmə proqramının imkanlarını nümayiş etdirmək üçün, Shang Xia moda brendinin yaradıcısı Tsyan Tsyun Er ilə əməkdaşlıqda yaradılıb.

Tsyun Er ənənə ilə müasirliyi qarışdırmağı sevir. O, ənənəvi Çin sənətinin iki aparıcı ustasından təhsil alıb, Tuntszi Universitetini və Parisdəki Ali Milli Dekorativ Sənətlər Məktəbini bitirib. Tsyun Erin işləri Çin mədəniyyətinin incəliyinə, gözəlliyinə və irsinə əsaslanır, odur ki, Ferrari Roma superkarı da bu qaydalardan istisna deyil. Superkarın kuzovu və salonundakı zolaqlar Min İmperiyası dövrünün (1368-1644) mebellərinə, parlaq Rosso Magma rəng sxemi isə qədim zamanlardan parça və iplikləri rəngləmək üçün istifadə edilən qırmızı boya karmininə işarədir.

Avtomobilin daha bir maraqlı detalı onun brelokudur. O, səthlərə tekstura tərtibatı verən qədim Boluo laklama texnikasından istifadə etməklə hazırlanır. Final ştrix - "30" rəqəmi həkk olunmuş və nefrit ilə örtülmüş qızıl lövhədir. Qədim Çində qızıl sərvət və uğur, nefrit - saflıq və incəlik simvolu, onların birləşməsi isə xoş arzular və ehtiramın sinonimi idi. Roma superkarı ilə birlikdə çay dəsti, əqiq və dəridən hazırlanmış Çin daması, kaşmir adyal, siqar qutusu və mürəkkəb daşından külqabı verilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Unikal avtomobilin texniki hissəsi standartdır: onun kapotunun altında 620 at qüvvəsi və 760 Nm fırlanma anı hasil edən 3,9-litrlik V8 mühərriki durur. Güc aqreqatı səkkiz pilləli iki muftalı “robot” ilə tandemdə çalışır. Kupe 100 km/saata 3,4, 0-200 km/saata isə 9,3 saniyəyə sürətlənir. Onun maksimal sürəti 320 km/saatın üzərindədir.

 ©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.