Ferrari şirkəti SP51 adlı unikal rodsteri təqdim edib. Superkar 812 GTS modelinə əsaslanan rodster xüsusi hazırlanmış qırmızı Rosso Passionale rənginə boyanıb. Avtomobildə 1955-ci ilin Ferrari 410 S modelinə və 1960-cı illərin əvvəllərinə aid olan yarış prototiplərinə istinadları tapmaq olar. Rodsterin salonu süni zamşa, premium tekstil və karbon lifi ilə bəzədilib. Avtomobil Taylanddan olan kolleksiyaçı üçün yeganə nüsxədə inşa edilib.
Ferrari One-Off seriyasına fərdi layihələr üzrə və yeganə nüsxədə yaradılmış avtomobillər daxildir. Bir qayda olaraq, belə avtomoibillər seriya superkarlarına əsaslanır və zəngin müştərilərin ehtiyaclarını ödəmək üçün tamamilə yenidən dizayn edirlər. Məsələn, Omologata kupesi yenidən işlənmiş 812 Superfast, yeni SP51 rodster isə əvvəllər 812 GTS spayderi olub.
Rodster dizaynı Tailanddan olan kolleksiyaçının sifarişi ilə Ferrari Style Centre dizayn mərkəzində yaradılıb. Avtomobilin şassisi, quruluşu və mühərriki standartdır, lakin onun kuzov tamamilə orijinaldır.
Kuzovun formasının optimallaşdırmaq üçün kompüter simulyasiyalarından və aerodinamik tunelində aparılmış tam miqyaslı sınaqlardan istifadə edilib - akustik rahatlıq baxımından yeganə nüsxədə hazırlanmış superkar standart avtomobildən demək olar ki, fərqlənmir. Eyni zamanda, 812 GTS modelindən fərqli olaraq, SP51 rodsterinin damı ümumiyyətlə yoxdur, bu isə o deməkdir ki, superkar daha yüngül və daha sürətli olmalıdır.
Avtomobil üçün xüsusi olaraq Rosso Passionale adlandırılmış üç qatlı qırmızı boya hazırlanıb. Kapotdan başlayaq salondan keçməklə və arxa qapağa qədər uzanan zolaqlar 1955-ci ilin Ferrari 410 S modelinə, hava yönləndiricilərinin arasındakı karbonplastik körpü isə 1960-cı illərin yarış prototiplərinə işarədir.
Onun sayəsində rodster bir şəkildə tarqaya bənzəyir - və bu təsadüfən edilməyib. İnteryer tərtibatında qırmızı alkantaradan, Kvadrat tekstilindən və parlaq lak ilə örtülmüş karbon lifindən istifadə olunub.
Çox güman ki, mühərrikə toxunulmayıb. Ferrari 812 GTS modeli 800 at qüvvəsi və 718 Nm fırlanma anı hasil edən 6,2-litrlik V12 atmosfer mühərriki və yeddi pilləli iki muftalı “avtomat” ilə hərəkətə gəlir.
Adi superkar 100 km/saat həddinə sürətlənməyə üç saniyədən az vaxt sərf edir. 200 km/saata sürətlənməyə isə 8,3 saniyə tələb olunur. Superkarın maksimal sürəti 340 km/saatın üzərindədir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.