Ferrari Special Projects bölməsi öz tarixi boyunca F8 Tributo və F8 Spider modellərinə əsaslanan çoxsaylı unikal layihələri hazırlayıb. 2022-ci ildə Ferrari SP48 Unica kupesi debüt edib, bir il sonra isə, SP-8 rodsteri təqdim olunub. İndi isə, istefaya göndərilən model Ostindəki Circuit of the America yarış trekində təqdim edilmiş unikal Ferrari HC25 rodsteri üçün əsasa çevrilib.

Centro Stile Ferrari studiyasının mütəxəssisləri unikal avtomobil üzərində iki il işləyiblər. Tərtibatçıların fikrinə görə, avtomobil özündə Maranello brendinin tarixindəki sonuncu elektrikləşdirilməmiş V8 mühərriki ilə italyan istehsalçının hazırkı flaqman modelləri - F80 hibrid hiperkarı və önmühərrikli 12Cilindri kupesinin üslubunda dizayna malik olan eksteryer ilə birləşdirməli idi.

Yenilik donor F8 Spider modelindən 147 millimetr uzun, 27 millimetr enli və 23 millimetr alçaqdır ki, bu da nisbətlərin dəyişməsinə gətirib çıxarıb. SF90 modelini xatırladan orijinal LED faralar işıq "köpək dişləri" ilə tamamlanıb. Mühərrik qapağından uzanan qara zolaq kuzovu vizual olaraq iki yerə bölür və relyefli arxa qanadları vurğulayır, alüminium zolaq isə, qapı dəstəyi rolunu oynayır. Arxa işıqlar dörd nazik LED zolaq şəklindədirlər, bundan başqa, arxada sanballı diffuzor və buraxılış sisteminin iki çıxış borusu var.

Kuzov parlaq qara vurğular və sarı detallar - firma loqotipləri və əyləc supportları ilə tamamlanan tutqun boz Moonlight rənginə boyanıb. Beşqollu 20-düymlük almaz taraşlanmalı təkər diskləri xüsusi sifarişlə  hazırlanıblar. Ferrari F8 Spider modelindən götürülmüş interyer orijinal üzlük və sarı vurğulara malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki vəhətdən Ferrari HC25 donorundan heç nə ilə fərqlənmir: 720 at qüvvəsi və 770 Nm hasil edən 3,9-litrlik V8 biturbomühərrik, yeddi pilləli ikii muftalı “robot” və arxa ötürmə. Yerindən 100 km/saat həddinə sürətlənmə 2,9 saniyə, 200 km/saat həddinə sürətlənmə isə, 8,2 saniyə çəkir, maksimal sürət - 340 km/saatdır. Məlum məsələdir ki, yeganə nüsxədə inşa edilmiş avtomobilin qiyməti açıqlanmayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.