Ferrari şirkəti İtaliyanın paytaxtı Roma şəhərinin şərəfinə adlandırdığı yeni modeli təqdim edib. Bu model sayəsində Ferrari yeni seqmentə ayaq açmış olur. Faktiki olaraq, italyan markası V8 mühərriki öndə yerləşən əlçatan sportkarı təklif etmir. Əlbəttə ki, superkarlar baxımından...
Beləliklə, Ferrari Roma modelinin əsas rəqibləri Aston Martin Vantage və Mercedes-AMG GT modelləri olacaqdırlar. Gözlənildiyi kimi, Roma modeli Ferrari Portofino kupe-kabrioletinin bazasında yaradılıb. Hər iki avtomobil eyni quruluşa, şassi və uzunluğu 2670 mm olan təkər bazasına malikdirlər. Şəkillərdən də görüdyünüz kimi, kupe başqa dizayna malik olan orijinal kuzova sahib olub. Ferrari Roma ölçülərinə gprə də donorunu üstələyir – kupe kabrioletdən 70 mm uzundur. Portofino 2+2 oturacaq formuluna malik olsa da, Roma üçün “2+” termini seçilib: yəni, onsuz da nominal sayılan arxa cərgədə yalnız kiçik çantaları “gəzdirmək” olar.
Kupenin kapotunun altında 620 at qüvvəsi və 760 Nm fırlanma anı hasil edən 3,9-litrlik V8 biturbo mühərriki yerləşir. Beləliklə, Roma kupesi Portofino modelindən 20 at qüvvəsi güclüdür. Portofino modelində quraşdırılan 7-pilləli “robot” isə yerini müasir 8-pilləli iki muftalı ötürmələr qutusuna verib. Bu transmissya Ferrari SF90 Stradale modelində debüt etmiş qutuya bənzəyir – yeganə fərq ənənəvi arxa pillənin olmasıdır.
Mürəkkəb quruluşlu qatlanan damdan imtina sayəsində kupe kabrioletdən 73 kq (1472 kq) yüngül alınıb. Ferrari Roma 100 km/saat həddinə 3,4 , 200 km/saat həddinə isə 9,3 saniyəyə sürətlənir. Portofino bu işə müvafiq olaraq 3,5 və 10,8 saniyə sərf edir.
Kupenin interyeri də özünəməxsusdur və kabriolet ilə ümumi elementlərin sayı minimuma endirilib. Roma modelinin əsas xüsusiyyəti italyan markasının sportkarlarına xas olmayan iri mərkəzi konsoldur. Mərkəzi konsolda mediasistemin və klimat-kontrolun idarə olunmasına cavabdeh olan şaquli “planşet” yerləşir. Sərnişinin qarşısında Porshe Taycan modelində olduğu kimi fərdi sensorlu displey yerləşdirilib.
Ferrri Roma modelini qiyməti açıqlanmasa da, onun qiymətinin Ferrari Portofino modelində elə dəciddi fərqlənməyəcəyini söyləmək gərəkdir. Yeni kupenin satışlarına gələn ilin yazında start veriləcəkdir.