Beynəlxalq avtomobil federasiyası (FIA) komandaların çağrışlarına məhəl qoymayaraq texniki reqlamentə dəyişiklik edərək, mövsümdə istifadə edilən güc quğusunun elementlərinin sayını yenidən azaldıb.

İtaliya Qran Prisindən sonra mühərrik və ötürmələr qutusunu dəyişdiyi üçün doqquz pilot cəza almışdı. Red Bull Racing komandasının rəhbəri Kristian Horner isə, 2016-cı ilin aprelində tərtib olunan plana baxmayaraq, yeni ixtisarların olmayacağına ümid etdiyini bildirmişdi. Buna baxmayaraq, Avtomobil idmanı üzrə ümumdünya şurası dəyişiklikləri edib.

Beləliklə, növbəti mövsümdən başlayaraq, daxili yanacaq mühərriklərinin, trubina və MGU-H generatorunun sayı dörddən üçə endirilib. Bununla belə, 21 mərhələdən ibarət mövsümdə istifadə ediləcək MGU-K generatorunun, rekuperasiya sisteminin akkumulyatorunun və elektron idarəetmə blokunun sayı ümumiyyətlə ikiyə endirilib.