Beynəlxalq avtoidman federasiyası (FIA) Dünya Ralli çempionatının reqlamentinə xüsusi dəyişklik edib. Bu dəyişiklik əsasən Power Stage xüsusi hissəsində WRC heyətləri tərəfindən edilən taktiki gedişlərin qarşısını almaq üçün edilib.
Belə ki, İsveç və Meksikada keçirilən mərhələ zamanı bir sıra heyətlər bilərəkdən Power Stage xüsusi hissəsindəki start vaxtlarını uzatmağa çalışıblar. Bu yolla onlar özlərinə daha ərverişli start mövqeyini təmin edərək, öncədən start alan avtomobillərin trassı təmizləməsindən istifadə edərək üstünlük əldə etməyə çalışıblar. Heyətlər yarışa qeyda alınmış qaydada çıxmayaraq Power Stage-də uzun müddətli “boşluğun” yaranmasına səbəb olublar.
Bu WRC və FIA rəhbərliyinin narazılığına səbəb olub. Artıq Fransa Rallisindən başlayaraq müəyyən edilmiş qaydalardan kənar yarışa çıxan heyətlər bonus xallarını qazanmaq şansından məhrum ediləcəkdirlər.
Qaydalara edilmiş dəyişikliklər yarış iştirakçılarının start üzrə ara intervallarını artmasına səbəb olan hakim nöqtəsinə qəsdən gecikmələrin qarşısını almalıdır.