Fiat şirkəti daim genişlənən krossover seqmentində demək olar ki, aktiv deyil. Məsələn, belə avtomobillərin populyar olduğu Avropada belə, italyanlar yalnız 500X krossoverini təklif edilər. Doğrudur, ona Panda Cross və Tipo Cross modelləri kömək etsələr də, sonuncu hətta tam ötürməyə belə malik deyil. Ən maraqlısı, Fiat üçün vacib olan Cənubi Amerika bazarında da krossover yoxdur!
İtalyanlar bu problemi az xərc ilə həll ediblər: krossover Braziliyada satılan yerli Fiat Argo hetçbekinin əsasında hazırlanıb. Dörd metrlik Argo hetçebki artıq dörd ildir ki istehsal olunur və hətta klirensi artırılmış Trekking versiyasına sahibdir.
Ancaq indiyə qədər "Project 363" kodu altında tanınan gələcək krossover daha fərqli olacaqdır. Orijinal beşqapılı kuzovun bütün ölçüləri və nisbətləri saxlanacaqdır, lakin dərc edilmiş ilk şəkillərdən göründüyü kimi, orijinal ön və arxa dizaynına sahib olacaqdır. Mütləq olan "off-road" atributları arasında kuzovu qoruyan qapa plastikdən müdafiə qurşağı və damdakı reylinqlər var.
Avtomobil haqqında məlumat hələ də azdır. Yeganə məlum olan 363 layihəsindən olan Fiat krossoverinin 1.3 Flex turbomühərrikinə, (orijinal Argo modeli yalnız atmosfer mühərrikləri ilə təklif edilir), LED fənərlərə və adaptiv kruiz-kontrola sahib olacağıdır.
Hələlik isə, şirkət gələcək krossoverə ən uyğun gələn adı seçmək üçün onlayn səsverməyə start verib: Pulse, Domo və Tuo adlarından seçim etmək təklif olunur. Krossoverin debütü yaxın zamanlarda keçirilməlidir.