Nyu-Yorkdakı müasir incəsənət muzeyi öz kolleksiyasına orijinal Fiat 500 hetçbekini daxil etdiyini bildirib. Bu barədə modelin 60 illik yubileyi günü elan edilib. Məlum olduğu kimi, 4 iyul 1957-ci ildə avtomobilin birinci nüsxələri ilk dəfə Turində nümayiş etdirilmişdir.
Muzeyin sərəncamına veriləcək 500 F modifikasiyası modelin tarixində olan ən populyar avttomobil olub. Bu model 1965-ci ildən 1972-ci ilə qədər buraxilib. Nyu-Yorkda sərgilənəcək nüsxə açıq-qəhvəyi rəngə boyanacaq, yumşaq tavana və metaldan qapaqları olan orijinal disklərlə təchiz ediləcəkdir. Müasir incəsənət muzeyinin kolleksiyasında 1946-cı ilin Cisitalia 2020 GT, Willys-Overland Jeep (1952), Volkswagen Beetle (1959), Jaguar E-Type Roadster (1963), Ferrarin 641/2 Grand Prix Racer (1990) və Smart (1998) modelləri də vardır. İyun ayının sonunda Fiat şirkəti Cinquencento modelinin yübileyi şərəfinə klassik avromobillərin üslubunda yaradılan müasir Fiat 500 modelinin xüsusi variantını hazırlayıb. Belə avtomobillər xromdan qapağı olan 16-düymlük dəmirdən təkər diskləri və markanın adı yazılmış, 1950-ci illərdə istifadə edilən emblemlərə bənzəyən emblemlərlə təchiz edilir.