Fiat 500X subkompaktının modifikasiya çeşidində sürüşdürülərək açılan yumşaq damlı Yachting versiyası peyda olub. Birinci olaraq, İtaliyanın ən nüfuzlu yaxt-klublarından biri olan Yacht Club Capri klubuna həsr edilmiş, mavi parçadan damı və eksklüziv Blu Venezia mavi rənginə boyanmış kuzovu olan ən bahalı və lüks Collectors ‘Edition versiyası göstərilib. Belə krossoverin qapı tutacaqları və yan güzgü gövdələri cilalanmış xromdan hazırlanıb, kuzovu saran xəttin əsas təyinatı isə, lüks yaxtaların obrazlarını yaddaşlarda canlandırmaqdır.

Fiat 500X Yachting və 500 Cabrio Yachting

Açılan damı olan Fiat 500X krossoveri indiyə qədər italyan istehsalçısı tərəfindən təklif edilməyib. Dəniz gəzintilərindən ilham alınaraq yaradılmış krossover dəniz dalğası rəngində vurğuları olan yeni 18-düymlük təkər diskləri, mavi haşiyəsi olan ağ oturacaqlar, Yachting loqotipləri olan alüminium kandar lövhələri və ön paneldəki qırmızı ağacdan hazırlanmış iri işləmə ilə seçilir - bütün bunlar klassik gəzinti qayıqlarına işarədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

“Dəniz” krossoverinin güc qurğusu barədə məlumat verilməyib. Adətən 500X krossoveri 120 at qüvvəsi hasil edən 1,0-litrlik üçsilindrli FireFly benzin turbomühərriki və altı pilləli mexaniki transmissiya, 110 at qüvvəli 1,6-litrlik e TorQ və 150 at qüvvəli 1,3-litrlik FireFly150 mühərrikləri  və altı pilləli “robot” ilə, habelə beş pilləli mexaniki transmissiya ilə tandemdə çalışan 95 at qüvvəli 1,3-litrlik, “robot” ilə təchiz edilən 120 at qüvvəli 1,6-litrlik və doqquz pilləli “avtomat” ilə birlikdə çalışan 150 at qüvvəli 2,0-litrlik MultiJet II dizelləri ilə təklif olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Fiat 500X Yachting krossoveri ilə yanaşı, xüsusi seriyadan olan 500 Cabrio Yachting kabrioleti də təqdim edilib. Kabriolet Blu Dipinto di Blu rənginə boyanmış kuzova, xrom dekora, fil sümüyü rəngində Poltrona Frau dərisi ilə üzlənmiş və “500” loqotipləri olan oturacaqlara malikdir. Hetçbekin ön paneli, 500X Yachting krossoverində olduğu kimi, ağac ilə bəzədilib. 500 Yachting və 500X Yachting kolleksiya modelləri İtaliya, Fransa, Almaniya, İspaniya və İsveçrədə satılacaqdırlar. İlk 500 avtomobil seriyadakı sıra nömrəsi və ölkənin qısaldılmış  işarəsi olan nişanları alacaqlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.