Stellantis konserninin model xəttində daha bir klon peyda olub. Bu, yeni Fiat Doblo furqonudur. O, Ciroen Berlingo, Peugeot Rifter/Partner, Opel/Vauxhall Combo və Toyota ProAce City modellərinin qardaşı sayıla bilər. Qeyd etmək lazımdır ki, yeni Doblo istefaya göndərilən orijinal Doblo modelinin 2010-cu ildən buraxılan ikinci nəslindən daha müasirdir.

Yeni Fiat Doblo müxtəlif markalar altında buraxılan qohumlarından elə də ciddi fərqlənmir. O, daha çox Citroen Berlingo modeli ilə unifikasiya edilib: Fiat furqonu ön bamper və fənərlərini fransız modelindən götürüb.

Orijinal olanlar ön tərəfin üzlüyü, xırda dekor və nişanlardır. Əgər sərnişin Berlingo modeli Citroen markasının minik avtomobilləri ilə eyni “üzə” malikdirsə, Doblo modelinin sərnişin, yük və kombi versiyalarının dizaynı eynidir.

Avtomobil 4,4 və 4,75 metrlik uzunluğu olan modifikasiyalarda təklif olunur - ikinci halda, üçüncü cərgənin oturacaqlarını sifariş etmək olar. Yeni Doblo modelinin interyeri qardaşlarındakı ilə eynidir: yalnız sükan çarxındakı emblem italyan markasınına aiddir.

İkinci cərgədə fərdi tənizmləmələri və Isofix bərkitmə nöqtələri olan üç fərdi oturacaq var. Opsiyalar dəsti də unifikasiya edilib, lakin Fiat marketoloqları “sehirli” adları icad ediblər. Məsələn, quraşdırılmış displeyi olan salon güzgüsü - Magic Mirror, şüşə bölmələri olan dam - Magic Top, yuxarı açılan arxa şüşə isə, Magic Window adlanır.

Sərnişin versiyası yalnız E-Doblo elektrik variantında təklif edilir. Bu ilin yanvar ayında Stellantis konserni Avropada satılan sərnişin furqonları və minivenlərinin yalnız batareyalı modifikasiyalarda əlçatan olacaqlarını elan etmişdi.

Bu, model xətti üzrə CO2 tullantılarının orta səviyyəsinin pozulmasına görə cərimələrdən qaçmaq üçün atılan addımdır. Fiat E-Doblo modeli də, digər əkizlərdə olduğu kimi, 136 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən elektrik mühərrikinə, 50 kilovat-saatlıq batareyaya, 280 kilometrlik (WLTP) yürüş ehtiyatına malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Furqon təkcə elektrik deyil, həm də daxili yanma mühərriki ilə də təchiz edilə bilər. Sonuncu halda yükgötürmə qabiliyyəti 800-dən 1000 kiloqrama qədər artır. Bundan başqa, 1,2-litrlik benzin turbomühərriki (110 at qüvvəsi) və 1,5-litrli turbodizeldən (100 və ya 130 at qüvvəsi) seçim təklif olunur. Bütün versiyalarda mexaniki ötürmələr qutusu quraşdırılır, 8-pilləli “avtomat” isə yalnız 130 at qüvvəli avtomobillər üçün əlçatandır.

Yeni Fiat Doblo modeli də, başqa markaların furqonlarının istehsal olunduğu İspaniyadakı Stellantis zavodunda buraxılacaqdır. Ən maraqlısı odur ki, Doblo modelinin ikinci nəslinin istehsalına son verilməyəcəkdir - onu Türkiyədə buraxacaqlar. Əvvəlki model Avropanı tərk etsə də, onu Ram brendi altında Şimali və Cənubi Amerikaya göndərməyə davam edəcəklər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.