Latın Amerikası üçün nəzərdə tutulan ilk kupeşəkilli Fiat krossoveri yığcam Volkswagen Nivus krossoveri ilə eyni sinifdə çıxış edir. Braziliyada Fiat Fastback modelinin variatorla tandemdə çalışan 125 və ya 130 at qüvvəsi hasil edən 1,0-litrlik “turboüçlük”, habelə “avtomat” ilə birlikdə işləyən 185 at qüvvəli 1,3-litrlik mühərriklə təchiz olunacağı artıq məlumdur. Bununla belə, kupe-kross tam ötürmə sistemi ilə təklif edilməyəcəkdir.
Videodan göründüyü kimi, Fiaat Fastback rəqəmsal cihazlar paneli və multimedia sisteminin “süzən” ekranını alacaqdır – eyni konfiqurasiya, kross-kupenin MLA platformasını paylaşdığı yerli Fiat Pulse modeli üçün də nəzərdə tutulub. Lakin ən mühüm texniki yenilik, əvvəllər Braziliya bazarında satılan Fiat avtomobillərində quraşdırılmayan elektrik dayanacaq əyləcidir. Tərtibata gəlincə, oturacaqların qar kimi ağ örtükləri, xrom və qara parlaq elementlər Fastback kross-kupesinin “premiallığına” işarə edir.
Modelin eksteryer dizaynı bu ayın əvvəlində dərc olunmuş rəsmi şəkillərdə tamamilə açıqlanmışdı. Krossover L-formalı LED bölmələri olan nazik ön fənərlərə sahib olub. Radiator barmaqlığının və bamperlərin dizaynı “qaynar” Pulse Abarth modelinə istinaddır və nazik arxa işıqlar krossoveri BMW X4 modelinə bənzədir.
Fiat Fastback modelinin istehsalı Braziliyadakı Stellantis zavodunda təşkil olunacaqdır, onun yerli təqdimatı isə, sentyabr ayında keçirilməlidir. Latın Amerikasının qalan ölkələrində kross-kupe yalnız 2023-cü ildə satış debütü edəcəkdir və yəqin ki, digər bazarlara ümumiyyətlə çıxmayacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.