Sadə Fiat Strada pikapı əsl uzunömürlü avtomobildir. Fiat Palio minik avtomobilinə əsaslanan pikap, bir neçə dəfə modernləşdirməklə 1998-ci ildən bəri Braziliyada istehsal edilir. Yalnız indi FCA konsern Fiat Strada modelini yeniləmək qərarına gəlib.
Yeni Strada modeli Fiat Argo hetçbekinin və Cronos sedanının şassiləri və aqreqatlarından istifadə edilərək hazırlanıb. Dizayn və konsepsiya baxımından, yeni model aparıcı kuzova və əsas ön ötürməyə sahib olan Fiat Toro pikapının kiçildilmiş nüsxəsidir. Fiat Toro modelinin uzunluğu demək olar ki, beş metrə çatırsa da, Strada qabaritlərinə görə qolf-sinifdən olan hetçbeklərinə daha yaxındır: pikapın qabarit uzunluğu 4480 millimetr, eni - 1732 millimetr, hündürlüyü - 1608 millimetr, təkər bazası isə 2737 millimetr təşkil edir.
Əvvəlki Fiat Strada modeli yalnız ikiqapılı versiyada təklif olunurdu - hətta, iki cərgəli kabinə malik olan versiyalarda da arxa qapılar mövcud deyildi. İndi bu zəhlətökən səhv aradan qaldırılıb: yeni pikap dördqapılı kabin ilə də təklif edilir. Bu versiyanın yükgötürmə qabiliyyəti 650 kiloqramdır, ancaq uzunluğu 1173 millimetr, genişliyi 1059 millimetr olan yük bölümü ilə, iri qabaritli yüklərin daşınmasını unutmaq olar. Bir sıralı kabinə malik olan standart pikap eyni ölçülərə, daha geniş yük bölməsinə və 720 kiloqram yükgötürmə qabiliyyətinə malikdir.
Pikap yığcam ölçülərinə uyğun gələn mühərrik çeşidinə sahibdir. Baza modeli Fire ailəsindən 1,4-litrlik (88 at gücünə, 123 Nm) mühərriki qoruyub-saxlayıb. Əlavə ödənişlə, 109 at qüvvəsi və 139 Nm fırlanma anı hasil edən Firefly ailəsiundən olan 1,3-litrlik səkkiz klapanlı mühərriki sifariş etmək olar. Baza modeli hidravlik sükan gücləndiricisi ilə təchiz edilsə də, daha güclü variant elektrik gücləndiricisi olan sükan mexanizmi ilə təklif olunur. Hər iki aqreqat 5-pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır.
Fiat Strada yalnız ön ötrümə ilə təklif edilir, lakin pikapın standart təchizatına E-Locker (diferensial kilidinin elektron təqlidi) sistemi daxil edilib, Pikap, öndə McPherson dayağı, arxada isə ressorlara əsaslanan bütov tir ilə təchiz edilib. Bəyan edilmiş klirens 208 millimetr təşkil edir.
Pikapın utilityitar versiyalarının eksteryer və interyeri sadə tərtibata malikdirlər Pikap, polad təkər diskləri, qara bamperlər, LED bölmələri olmayan optika, sadə oturacaqlarla təklif edilir. Dördqapılı kuzova malik olan standart variantda dörd hava yastığı vardır. Pikapın top versiyası sayılan Strada Volcano LED işıqlar, 7-düymlük sensorlu ekranı olan mediasistem, sadə kondisioner və bortkompyüterin rəngli ekran quraşdırılır.
Yeni Fiat Strada modelinin Braziliyadakı satışlarına aprel ayında başlanmalı idi, ancaq koronavirusun yayılması səbəbi ilə, modelin buraxılacağı zavod müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Beləliklə, pikapın satışlarına ilin ikinci yarısında başlanmalıdır.