Fiat şirkətinin keçmiş baş marketoloqu və italyan istehsalçısının sahibi sayılan Anyelli ailəsinin üvü olan Lapo Elkanna məxsus tüninq atelyesi Fiat 500 modelinin xüsusi modifikasiyasını hazırlamışdır. Garage İtalia Customs mütəxəssisləri avtomobili Pepsi şirkətinin «Life for Now» reklam layihəsinə həsr etmişdirlər. Avtomobilin eksteryeri Pepsi şirkətinin dizayn mərkəzi ilə birlikdə hazırlanmış və amerikan şirkətinə məxsus olan qırmızı-ağ-göy rənglərə boyadılmışdır. Bundan əlavə, rəssamlar yığcam hetçbekin kuzovunun əksər hissəsinə şəhər üslubunda olan ağ-qara şəkil çəkmişdirlər. Avtomobili yaradan insanların fikrincə hetçbek, «pop-mədəniyyətin ekspressiyasını» əks etdirməlidir.

Fiat 500 Pepsi Life for Now modelinin interyerinin tərtibatında sensor vasitəsi ilə işə salınan və «ulduzlu səma» effektini yaradan işıqlanan xüsusi örtükdən istifadə edilmişdir.

Bundan əlavə, sürətlər qutusunu dəstəyi xüsusi tərtibat almış, oturacaqların başlıqlarına Pepsinin loqotipləri tikilmiş, oturacaqların özündə isə, qazlaşdırılmış içkinin qabarcıqlarını xatırladan çıxıntılar peyda olmuşdurlar.

Avtomobilin kütləvi nümayişi 13-17 aprel tarixlərində Pepsi şirkətinin Milandakı şou-rumunda keçiriləcəkdir. Hetçbek payızda keçiriləcək moda həftəsində nümayiş etdirildikdən sonra, müxtəlif təbliğat tədbirlərində iştirak üçün Avropa və ABŞ üzrə səyahətə yollanacaqdır.