Reuters agentliyi Stellantis konserninin Fiat Panda modelinin İtalyadakı istehsalını 2026-cı ilə qədər uzatmaq fikrində olduğunu aşkar edib. Panda italyan markasının uzunömürlü modellərindən biridir. 40 ildir ki, buraxılan hetçbek populyarlığını itirmir. Hazırda Panda modeli İtaliyanın cnubundakı zavodda buraxılır və onu daha dörd il yığacaqlar.
Hazırki Fiat Panda modeli 2011-ci ildən buraxılır və 2020-ci ildə plan üzrə yenilənmədən keçib. Avropada hetçbek 69 qüvvəli 1,2-litrlik atmosfer mühərriki, habelə tərkibinə 1,0-litrlik üçsilindrli atmosfer mühərriki və 12-voltluq startyor-generator daxil olan “yumşaq” hibrid və 800-kubluq 80 at qüvvəli ikislindrli turbomühərrik ilə təklif edilir. Ötürmə - önə və tam ola bilər.
Panda ucuz qiyməti və bir sıra ölkələrdə tətbiq edilən xüsusi proqram sayəsidnə Avropadakı A-klass avtomobilləri arasında liderdir. Məsələn, 2021-ci ildə avropalılar 131,7 min belə avtomobil satılıb. Doğma İtaliyada isə Panda bazarın bestselleri statusunu qoruyur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.