Fiat şirkətinin kommersiya avtomobilləri ilə məşğul olan Fiat Professional bölməsi brendin səfiri olaraq Çak Norrisi seçmişdir. 77 yaşlı aktyor gələn aydan markanın müxtəlif tədbirləri və reklam kampaniyalarında iştirak edəcəkdir.
İtalyan istehsalçısının nümayəndələrinin sözlərinə görə, Çak Norrisin obrazı Fiat markasından olan kommersiya avtomobillərinə xas olan “məqəsədyönlülük, etibarlılıq, dinamizm, peşəkarlıq və istehlakçıya yaxınlığı” kimi kefiyyətləri izhar edir.
Bundan başqa, aktyor sosial şəbəkələrdəki populyarlığına görə də seçilmişdir. Misal üçün, Çak Norrisin Facebook şəbəkəsindəki səhifəsinin 6,5 milyon abunəçisi vardır və üstəlik aktyorun çoxsaylı zarafatların obyekti olduğunu da unutmamaq gərəkdir.