Fiat şirkəti, Cənubi Amerika bazarında satılacaq yığcam Strada pikapının ikinci nəslinin rəsmi şəkilini dərc edib. Yeni Fiat Strada pikapının təqdimatının yazın əvvəlində keçirilməsi gözlənilir. Cənubi Amerika mediasında yer alan məlumatlara görə, Fiat Strada modeli Toro pikapının kiçik variantı olacaq və dördqapılı kabina ilə istehsal ediləcəkdir. Lakin, texniki cəhətdən iki pikap fərqli olacaqdır.
Fiat Strada modelinin texniki cəhətdən Argo hetçbekinə daha yaxın olacağı gözlənilir. Pikap hetçbekdən eksteryer dizaynını, şassi konsepsiyasını, beş pilləli mexaniki ötürmələr qutusunu və 1,3-litrlik dördsilindrli mühərrikini irsən alacaqdır. Minik avtomobilindən fərqli olaraq, pikap arxa ressor asqısı ilə təchiz ediləcəkdir. Yeni Fiat Strada modelini təxmin edilən yükləmə qabiliyyəti 700 kiloqram olmalıdır.
Fiat Strada təqdimat tarixi rəsmi olaraq təsdiqlənməyib. Lakin, bir müddət bundan öncə çəkilmiş reklam çarxı, modelin debütünün yaxın olduğunu göstərir. Yeni pikap, Cənubi Amerika bazarında iyirmi ildən çoxdur istehsal olunan birinci nəsil Strada modelini əvəz edəcəkdir.
Yeni yığcam pikapın Cənubi Amerikadan kənarda satılma ehtimalı çox azdır. Avropada Fiat şirkətinin kiçik kommersiya avtomobilləri Doblo və Fiorino modelləri ilə təmsil olunublar. İtalyan markası Avropada Mitsubishi L200 modelinin "klonu" olan Fullback pikapını da təklif edir.