Fiat şirkəti tərkibinə sedan, hetçbek, universal və indi beşqapılı Cross versiyası daxil olan yenilənmiş Tipo ailəsini təqdim edib. Avropada və Türkiyədə populyar olan modelin eksteryer və interyeri dəyişdirilib, habelə onun mühərrik çeşidinə yeni 1,0-litrlik üçsilindrli turbomühərrik daxil edilib.
Yenilənmiş modellər əvvəlkidən LED optikası, radiator barmaqlığının yeni dizaynı, bamperləri və təkər diskləri ilə seçilir. İnteryerdə isə yenidən nəzərdə keçirilmiş cihazlar panelini, rəngi qırmızıdan ağa dəyişdirilmiş işıqlandırmanı, smartfonlar üçün simsiz doldurulma meydançasını və ikinci sıranın sərnişinləri üçün nəzərdə tutulmuş USB girişləri görmək olar. Əlavə ödənişlə 10,25-düymlük ekrana sahib olan UConnect 5 multimedia sistemini sifariş etmək olar.
Ailənin tərkibinə yeni qatılan Tipo Cross hetçbeki 40 millimetr artırılmış klirensə və boyanmamış plastikdən hazırlanmış müdafiə qurşağına malikdir. Bununla belə, modeldə baş verən əsas yenilik FireFly ailəsindən olan 100 at qüvvəli 1,0-litrlik üçsilindrli GSE mühərrikidir. Yeni aqreqat 95 və 120 at qüvvəsi güc variantlarında təklif edilən 1,4-litrlik mühərriki əvəzləyib. Avropada Tipo modelini 95 at qüvvəli 1,2-litrlik və ya 130 at qüvvəli 1,6-litrlik tubrodizellər ilə də almaq olar.
Fiat şirkətinin Avropadakı dilerləri yenilənmiş Tipo modellərini yaxın zamanlarda alacaqlar. Modelin qiyməti 13.9 min avrodan başlayacaqdır.