İtaliyan şirkəti Fiat 600e krossoveri ilə eyni vaxtda daha bir yeniliyi təqdim edib. Həm də yenidən canlandırılmış adla. Topolino (“siçan balası”), qeyri-rəsmi olsa da, italyan avtomobil sənayesi üçün vacib bir addır. Bu ləqəb, lisenziya iləFransa və Almaniyada buraxılmış avtomobilləri saymasaq,.1936-1955-ci illərdə 520 min nüsxədə satılmış birinci nəsil kiçik və ucuz Fiat 500 avtomobilinə verilmişdi.

Artıq Topolino adı rəsmi statusa malikdir. Bu ad, yenə sadə və nisbətən ucuz, lakin orijinal konstruksiyaya malik olan avtomobilə verilib. Topolino 2020-ci il modelinin Citroen Ami elektromobilinin versiyasıdır. Ancaq oxşar Opel Rocks-e modeli Citroen mikrokarından yalnız emblemlər və xırda dekoru ilə fərqlənirsə, Fiat klonlamaq işinə xüsusi fantaziya ilə yanaşıb.

Fiat 500 Topolino

Topolino üçün korporativ retro üslubunda tamamilə yeni plastik dayaq hazırlanıb. Düzdür, nümunə kimi orijinal Topolino modeli deyil, əllinci illərin Fiat 500 modeli seçilib və çox cəlbedici bir avtomobil alınıb! Dolğun formaları olan Fiat minikarını orijinal Citroen modelindən 125 millimetr uzun edib.

Uzunluğu 2535 millimetr olan avtomobilin eni (1400 millimetr) və hündürlüyü (1530 millimetr) fransız mikrokarı ilə eynidir. Üstəgəl, Topolino retro üslubda orijinal təkər qapaqlarına malikdir.

Fiat Topolino

Eyni zamanda, Topolino Dolcevita adlı çimərlik versiyasında da təqdim olunub və bu, Fiat tərəfindən təkli edilən eksklüzividir: Citroen və Opel markalarının çeşidində belə bir model yoxdur, kiçik ölçülü Citroen Ami Buggy isə, fərqli konsepsiyaya malikdir.

Açılan qapıların əvəzinə - ipdən çəpəri (onlar karbinlərə bərkidilir) qapı yerləri, sərt damın yerinə isə açılan pərdə quraşdırılır. Təhlükəsizlik? Formal olaraq, Stellantis konserninin bütün əkiz mikrokarları ağır kvadrisiklər sinfinə aiddir, ona görə də avtomobil standartları onlara şamil edilmir. Burada hətta təhlükəsizlik yastıqları belə yoxdur.

Fiat Topolino

İkiyerli salon demək olar ki, Citroen modelindəki ilə eynidir, lakin xarakterik xüsusiyyətlərə malikdir. Məsələn, oturacaqlar açıq rəngli üzlüklərə malikdirlər və cihazlar panelinin ekranının korpusu demək olar ki, Fiat-500 modelindəki kimi daha böyükdür.

Sükan çarxının topu da dəyişdirilib. "Siçan balası" üçün bir sıra firma aksessuarları təklif olunur. Məsələn, bu, ön paneldəki Dolcevita qutusu (salonun bütün eni boyunca uzanan bağlanan konteyner), USB-ventilyator, Bluetooth-dinamik və ya yan güzgülərin xrom örtüklü korpuslarıdır.

Fiat Topolino Dolcevita

Baqaj üçün əsas yer sərnişinin ayaqları önündə təşkil olunub, lakin köhnə 500 modellərində olduğu kimi “kürəyə” quraşdırılmış qəşəng baqaj qutusunu sifariş etmək olar. Qapılar üçün “ağac” dekallar və ya dam üçün zolaqlar təklif olunur.

Texniki cəhətdən Topolino, Citroen və Opel markaları altında buraxılan qohum modellərlə eynidir. Dartma elektrik mühərrikinin gücü cəmi 6 kilovat (8,2 at qüvvəsi) təşkil edir, maksimal sürəti cəmi 45 km/saatdır və onu toplamaq üçün 10 saniyə vaxt gərəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu məhdudiyyətlər sayəsində, Avropada AM kateqoriyalı sürücülük vəsiqəsi olan 14 yaşdan yuxarı vətəndaşlar belə mikroavtomobili idarə edə bilərlər. Döşəmə altında quraşdırılmış 48 voltluq, 5,4 kilovat/saatlıq litium-ion batareyası WLTP dövrü üzrə 75 kilometr qət etməyə imkan verir. Adi rozetkadan batareyanın dolduruılmasına dörd saatdan az vaxt gərəkdir.

Fiat mikrokarı bənzər Citroen və Opel avtomobillərinin istehsal olunduğu Mərakeşdəki zavodda yığılacaqdır. Topolino üçün əsas bazar, təbii ki, İtaliya olacaqdır, lakin satışlar digər ölkələrdə həyata keçiriləcəkdir. Satışların başlanması 2024-cü ilin əvvəlinə planlaşdırılıb. Qiymətlər hələlik açıqlanmayıb, lakin Fiat artıq Topolino modelinin Citroen Ami modelindən baha olacağını bəyan edib. Xatırladaq ki, hazırda fransız mikrokarı üçün 7990 avrodan istəyirlər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.