Fiat şirkəti Riva qayıq tərsanəsi ilə birlikdə xüsusi layihəyə imza atmışdırlar. Tərəfdaşlar Fiat 500 modelinin bazasında hazırlanmış xüsusi Fiat 500 Riva Special Edition modelini təqdim etmək niyyətindədirlər. Rəsmi təqdimat mərasimindən öncə eksklyuziv modifikasiyaya olan marağı artırmaq üçün italyan şirkətinin mətbuat xidməti xüsusi tizer və məlumatı dərc etmişdir. Fiat şirkətinin mətbuat xidməti qısa mətbuat açıqlamasında - «Fiat və Riva şirkətləri səylərini birləşdirərək, əfasanəvi «Çinquaçento» modelinin bazasında «balaca qayıq» yaratmışdırlar. Bizim yeni avtomobilimiz nadir tərtibat variantlarının və incə təfsilatların vəhdətini təşkil edir», - sözləri ilə yeni avtomobili təqdim etmişdir.
Fiat 500 Riva Special Edition xüsusi yığcam avtomobilinin kuzovu Evening Blue («Toran mavi») adlı eksklyuziv rəngə boyanacaqdır. İtalyanlar rəng seçimini 4 iyul 1957-ci ildə suya buraxılmış Riva Aqurama adlı əfsanəvi idman qayığına ithaf etdiklərini bildirmişdirlər. Avtomobilin eksteryerinin tərtibatında, dəbdəbəli qayıq və yaxtalar haqqında düşüncələri oyadan xrom elementlərdən geniş istifadə ediləcəkdir. Fiat 500 Riva modelinin ön paneli seçilmiş qırmızı ağacdan hazırlanacaq və təbii ağcaqayından hazırlanmış işləmələrlə bəzədiləcəkdir.
İlkin məlumatlara görə, eksklyuziv Fiat 500 modeli texniki cəhətdən dəyişikliklərə məruz qalmayacaqdır. Avtomobil haqqında ətraflı məlumat onun təqdimatı zamanı açıqlanacaqdır. Eyni zamanda xüsusi modifikasiyadan neçə ədəd buraxılacağı da məlum deyildir.

Riva Aquarama