Fiat şirkəti Riva qayıq tərsanəsi ilə birlikdə xüsusi layihəyə imza atmışdırlar. Tərəfdaşlar Fiat 500 modelinin bazasında hazırlanmış xüsusi Fiat 500 Riva Special Edition modelini təqdim etmişdirlər. Fiat şirkətinin mətbuat xidməti qısa mətbuat açıqlamasında - «Fiat və Riva şirkətləri səylərini birləşdirərək, əfasanəvi «Çinquaçento» modelinin bazasında «balaca qayıq» yaratmışdırlar. Bizim yeni avtomobilimiz nadir tərtibat variantlarının və incə təfsilatların vəhdətini təşkil edir», - sözləri ilə yeni avtomobili təqdim etmişdir.
Fiat 500 Riva Special Edition xüsusi yığcam avtomobilinin kuzovu Evening Blue («Toran mavi») adlı eksklyuziv rəngə boyanmışdır. Əlavə olaraq, hetçbekin kuzovu qayıqların gövdələrini bəzəyən akvamarin rəngli xəttlərlə bəzədilmişdir.
İtalyanlar rəng seçimini 4 iyul 1957-ci ildə suya buraxılmış Riva Aqurama adlı əfsanəvi idman qayığına ithaf etdiklərini bildirmişdirlər.
Avtomobilin eksteryerinin tərtibatında, dəbdəbəli qayıq və yaxtalar haqqında düşüncələri oyadan xrom elementlərdən geniş istifadə edilmişdir. Misal üçün, arxa görüntü güzgülərinin korpusu və 16-dümlük təkər diskləri xromla örtülmüşdür.

Fiat 500 Riva modelinin interyerində də dəniz motivləri üstünlük təşkil edir. Avtomobilin ön paneli seçilmiş qırmızı ağacdan hazırlanmış və təbii ağcaqayından hazırlanmış işləmələrlə bəzədilmişdir.
Qeyd etmək lzımdır ki, interyerin bir sıra elementlərinin hazırlanmasında nadir texnologiyalarda istifadə edilmişdir.
Məsələn, təbii ağacdan hazırlanmış işləmələr karbondan olan əsasa bərkidilmişdir. Avtomobilin oturacaqları fil sümüyü rəngindəki yüksək kefiyyətli dəri ilə örtülmüşdür.

Eksklyuziv Fiat 500 Riva modeli 69 at qüvvəli 1,2-litrlik Fire, həmçinin 85 və 105 at qüvvəsi olan 0,9-litrlik TwinAir mühərrikləri ilə təklif ediləcəkdir. Bundan əlavə, 95 at qüvvəsi gücü olan 1,3-litrlik MultiJet dizel güc aqreqatı da mühərriklər çeşidinə daxil edilmişdir. Güc aqreqatları 5 və ya 6 pilləli mexaniki sürətlər qutusu ilə təchiz ediləcəkdir. Əlavə olaraq, 6 pilləli "robot"u da sifariş etmək mümkündür.
Avtomobilə sifrişlərin qəbul edildiyi bildirilsə də, onun qiyməti italyan istehsalçısı tərəfindən açıqlanmamışdır.