Finlyandiyalı kaskadyor Vesa Kivimyaki avtomobillə iki təkər üzərində hərəkət etmək sürəti üzrə yeni dünya rekorduna imza atıb. Dizel mühərriki ilə təchiz edilmiş BMW 3-Series avtomobilindən istifadə edən Kivimyaki 186,269 km/saat həddinə qədər sürətlənmişdir.

Qeyd etmək lazımdır ki, fin kaskadyorun avtomobili yerli istehsalçı olan Nokian şirkətinin şinləri ilə təchiz edilibmiş. Vesanın bildirdiyinə görə, o bu rekordun qeydə alınması üçün bir neçə cəhd etsə də, uğursuzluğa düçar olmuşdur. Sonradan o, bu rekord göstəriməsi üçün şinlərin yan tərəfinin vacib amillərdən birinin olduğunu anlamış və Nokian şirkətinə müraciət etmişdir. Fin istehsalçının model xəttlində aramidlə gücləndirilmiş yan tərəfləri olan şinlər mövcuddur.

Lakin, bu rekord üçün istehsalçı xüsusi şinlər hazırlamışdır. Rekord sürüşü Seynyaoki şəhərinin yaxınlığında yerləşən aeroportun uçuş zolağında həyata keçirilmişdir. Avtomobilin sürətinin ölçülməsi 100 metrlik məsafədə aparılmışdır. Bundan əvvəlki rekord, isveç Qoran Eliason tərəfindən qeydə alınmış 181,25 km/saat idi. Eliason bu rekordu Volvo 850 Turbo modelində göstərmişdi. Fin kaskadyorun göstərdiyi nəticə Ginnesin rekordlar kitabına yazılacaqdır.

 

Image alt Image alt Image alt Image alt Image alt