Toyota pilotu Esapekka Lappi Finlandiya Rallisinin ikinci gününü lider olaraq tamamlayıb və inamlı şəkildə Dünya ralli çempionatındakı ilk qələbəsinə doğru irəliləyir.
2017-ci ilin doqquzuncu mərhələsinin həlledici anı Yari-Matti Latvalanın 19-cu XH-də texniki problem üzündən yarışdan kənar qaldığı an olub. Həmin ana «Min göllər rallisinin» üçqat qalibi Lappinin önündə 8,5 saniyə üstünlüklə liderlik edirdi.
Buna qədər Latvala günün bütün beş xüsusi hissələrində qalib gəlmişdi. Onun avtomobilinin xarab olması səbəbi hələ məlum deyildir. Əsas isə, Latvala çempionata liderlik edən Sebastyen Ojye ilə xal fərqini azaltmaq şansından məhrum olub.
Bu günə iki pilot arasında xal fərqi 48 xal idi. Qüvvədə olan çempionun yarışdan kənar qalması, mövsümün bitməsinə dörd mərhələ qala, Yari-Mattiyə öz turnir vəziyyətini yaxşılaşdırmaq imkanı vermişdi.

«Bu rallidir... Hərdən çox çətin olur, amma biz yenidən ayağa qalxaraq və mübarizəni davam etdiririk», - Yari-Matti Twitter’də yazıb. Lappi final gününə yaxın təqibçisi olan həmyerlisi və M-Sport pilotu Teemu Sunninenin üzərində 49 saniyəlik üstünlüklə başlayacaq. «Mən özümdən çox razıyam, - Esapekka bildirib. - Əlbəttə, Yari-Matti üçün məyusam. Onun avtomobilinin xarab olmasında mənim heç bir günahım yoxdur. Buna görə də mən bu andan həzz almalıyam. Hər şey əladır. Lakin, rahatlanmaq hələ də tezdir.
WRC avtomobilinin sükanı arxasında diqqəti heç zaman itirmək olmaz. Daima yaxşı tempi saxlamaq çox vacibdir».

Latvalanın yarışdan kənar qalmasından sonra üçüncü yerə digər Toyota pilotu Yuho Hanninen yüksəlib.
O, həmyerlisi Sunninenə 4,1 saniyə uduzur. Bu səbəbdən də ikincilik uğrunda maraqlı mübarizə bizi gözləyir. Finlərin hegemonluğunu pozmaq şansı olan yeganə pilot DMACK təmsilçisi Elfin Evansdır. O, Hanninenlə olan ara məsafəsini 9 saniyədən 1,3 saniyəyə qədər azaltmağa müvəffəq olub.
«Dünən bu qədər yüksək yerdə olacağım barədə düşünmürdüm, - Evans bildirib. - Hesab edirəm ki, podiumda finiş mümkündür. Yaşayıb-görərik».

Beşinci yer uğrunda mübarizədə Tyerri Nevil Kreq Brin ilə olan 14 saniyəlik ara məsafəsini azaltmağa çalışacaqdır. Buna baxmayaraq, belçikalı cümə və şənbə günü sürət nümayiş etdirməyib və dopların çoxunda ilk beşliyin kənarında finiş görüb. Bu isə Ojye üçün yaxşı haldır.
«Düzünü desək, nəyə ümid edəcəyimi bilmirəm. Əsas məqsəd ilk beşlikdə finiş görməkdir», - Nevil bildirib.
Yeddinci yerə, cümə günü səhər sessiyasında avtomobilini zədələyərək vaxt itkisinə məruz qalan Ott Tanyak yüksəlib.
Günün final xüsusi hissəsinə qədər estoniyalı Citroen pilotu Kris Miki təqib edib, lakin, Latvalanın yarışdan kənar qalması ilə irəli çıxıb. İkinci günün ilk onluğunu Dani Sordo və Mads Ostberq tamamlayıb. Sabah pilotları ümumi uzunluğu 33,84 kilometr olan dörd dop gözləyir.