Toyota komandasını debütantı Esapekka Lappi özünün Dünya ralli çempionatındakı ilk qələbəsini vətənində keçirilən Finlandiya Rallisində əldə edib.

Şənbə günü yari-Matti Latvalanın uğursuzluğundan sonra Esapekka Teemu Sunineni 50 saniyə üstələyirdi. Lakin, Lappi Lempaa xüsusi hissəsində Toyota Yaris WRC avtomobilinin sol arxa təkərini zədələmişdir. Buna baxmayaraq, Esapekka qələbə üstünlüyünü qoruyub-saxlamağa müvəffəq olmuş və ən yaxın təqibçisi ilə 36 saniyə fərq yaratmışdır.

İkinci yer uğrunda isə, Suninen, Hanninen və Evans arasında qızğın mübarizə gedib.

XH24-də Suninen yüksək sürətli döngədə avtomobil üzərində nəzarəti itirərək 20 saniyəyə qədər vaxt itkisinə məruz qalmış və podium şansını itirmişdir.

Sonuncu Power Stage hissəsində səhvi artıq Hanninen edib. Bu səhv nəticəsində Evans ikinci yerə yüksəlmək şansını əldə edib.

Uelsli fin pilota 0,3 saniyə fərq ataraq podiumun ikinci pilləsinə qalxıb. Müvafiq olaraq, Suninen dördüncü, Kreq Brin isə beşinci olub. İlk onluğu tamamlayan pilotlar Tyeri Nevil, Ott Tanyak, Kris Mik, Dani Sordo və Mads Ostberq olublar.

Öz növbəsində Ojyenin uğursuzluğundan istifadə edən Tyerri Nevil fransızla olan xal fərqini aradan qaldırıb. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt