Citroen komandasının pilotu Kris Mik Finlandiya Rallisinin şeykdaununda ən yaxşı zamanı göstərib.
Polşa Rallisini məcburi olaraq buraxan irlandiyalı pilot Hyundai komandasının belçikalı pilotu Tyerri Nevili 0,1 saniyə üstələyib. Şeykdaunda üçüncü nəticəyə M-Sport komandasının eston pilotu Ott Tanyak imza atıb. Dördüncü nəticəni isə, Finlandiya Rallisinin üçqat qalibi və yerli azarkeşlərin sevimlisi Yari-Matti Latvala göstərib. Şeykdaunun ilk beşliyini Nevilin komanda yoldaşı ispaniyalı Dani Sordo tamamlayıb.
Çempionatın lideri Sebastyen Ojye Kris Mikə 1,5 saniyə uduzaraq doqquzuncu nəticəni göstərib.