Toyota komandasının fin pilotu Yari-Matti Latvala Finladiya Rallisinin liderliyini həmyerlisi Esapekki Lappidən geri alıb.

Dünən Latvala Lappidən dörd saniyə geridə qalsa da, bu gün səhər keçirilən dörd xüsusi hissədəki uğurlu çıxışı nəticəsində nəinki liderliyi geri alıb, hətta rəqibi ilə 7,8 saniyə fərq yaradıb. «Latvalanın burada üç dəfə qalib gəlməsi məni maraqlandırmır, - Lappi söyləyib. - Doğrusunu desək, onun harada vaxt udacağını deyə bilmərəm. Əgər indikindən sürətli getsəm trassadan çıxmaq təhlükəsi vardır». 

Yuho Hanninen üçüncü yeri M-Sport komandasının pilotu Teemu Sunninenindən geri alıb. Beləliklə, Finlandiya Rallisinin ilk üç yeri Toyota Yaris WRC avtomobilində çıxış edən finlərin əlindədir. Beşinci yerdə yarışı Elfin Evans davam etdirir, Kreq Brin isə altıncıdır. Sebastyen Ojyenin yarışdan kənar qalmasından istifadə etməyə cəhd edən Tyerri Nevil yeddincidir. İlk onluğu Kris Mik, Ott Tanyak və Dani Sordo tamamlayırlar.