M-Sport komandasının eston pilotu Ott Tanyak Finlandiya Rallisinin ilk xüsusi hissəsində qalib gəlib.

Estoniyalı pilot birinci dopu 1.44,1 zamanla başa vuraraq ən yaxın təqibçisindən 1.1 saniyə irəlidə olub. «Mənim bu yollara böyük ehtiramım var. Finlandiyada olarkən avtomobili daha yaxşı hiss edirsən və müvafiq olaraq buradakı yarışlardan həzz alırsan», - Ott bildirib. 

Birinci xüsusi hissənin ikincisi Hyundai komandasının belçikalı pilotu Tyerri Nevil olub. Belçıkalı pilot, bu mövsümün ümumi hesabda lideri olan SSebastyen Ojyeni arxada qoymağı bacarıb. Xatırladaq ki, Ojye əsas rəqibi olan Tyerri Nevili 11 xalla üstələyir. 

Dördüncü yer isə Citroen C3 WRC avtomobilində yarışan Kreq Brinə qismət olub. Yerli azarkeşlərin sevimlisi olan Yari-Matti Latvala ilk xüsusi hissəni beşinci yerdə tamamlayıb. İlk onluğu tamamlayan pilotlar Heyden Paddon, Yuho Hanninen, Kris Mik, Elfin Evans və Dani Sordo olublar.