Aston Martin avtomobillərinin keçmiş dizayneri Henrik Fisker Orbit adlı konseptual pilotsuz Orbit avtomobilini nümayiş etdirib. Modelin satışlarına gələn ilin oktyabrında başlanacağı gözlənilir. Bu avtomobildən “ağıllı” şəhərlər layihəsi çərçivəsində istifadə etmək nəzərdə tutulub.
Avtonom modelin tizeri şirkətin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc edilib. Şattl elektrik güc qurğusu ilə hərəkətə gələcək, həmçinin Şəbəkəyə qoşulmağın və yol infrastrukturu ilə qarşılıqlı əlaqə qurmağın geniş imkanlarından istifadə edəcəkdir. Avtomobilin əsas xüsusiyyəti, marşrut haqqında məlumat göstərilən yan şüşələr panelinin olmasıdır. Orbit modelinin istehsalı çinin Hakim Group şirkəti ilə birlikdə həyata keçiriləcəkdir.
Çin şirkəti “ağıllı” evlər və şəhərlər üçün xidmət həllərinin yaradılması ilə məşğuldur. Şirkət nümayəndələri şattlın “ABŞ-da avtonom nəqliyyat daşımalarının əsasını qoyacağını” bildiriblər. Fisker şirkətinin hazırladığı digər model EMotion elektrokarıdır. Avtomobilin əsasını karbon-alüminiumdan hazırlanan platforma təşkil edir. Onun yürüş ehtiyatının 640 kilometr, maksimal sürətinin isə 260 km/saat olacağı bildirilib.