Fisker şirkətinin başçısı Henrik Fisker satışa çıxarılmamış Ocean elektromobilinin xüsusi versiyasının şəklini özünün Tweeter sosial şəbəkəsindəki hesabında dərc edib. Tesla Model Y ilə rəqabət aparacaq krossover, brutal kuzov dəstinə, iri təkərlərə və Fiskerin qeyd etdiyi kimi, "qeyri-adi" yerdə bərkidilmiş ehtiyat təkərinə də sahib olub.
Fisker ehtiyat təkərin harada gizləndiyini dəqiqləşdirməyib və bir ay ərzində detalları açıqlayacağını vəd edib. Sosial şəbəkədə yayımlanan tizerdə ehtiyat təkərin elektrik krossoverinin damında yerləşdiyi görünür. Ciddi yolsuzluq üçün nəzərdə tutulmuş krossover adi modeldən digər fərqləri arasında altlığın müdafiəsi və genişləndirilmiş təkər tağları da vardır.
İstehsalına bu ilin sonunda başlayanaq Fisker Ocean modeli, yanvar ayında Las Veqasda nümayiş etdirilib və satış qiymətləri açıqlanıb. Sürücü üçün karaoke, damda quraşdırılan günəş paneli və "kabriolet rejim" kimi qeyri-adi funksiyalar ilə təchiz edilmiş elektrkarın tam ötürməli versiyası üçün ən azı 37.5 min dollar ödəmək gərəkdir. Avtomobilin top variantının dəyəri hələ də açıqlanmayıb. Müqayisə üçün, Tesla Model Y modelinin qiyməti 47 min dollardan başlayır.
Bundan başqa, Fisker Ocean "kağız üzərində" Tesla Model Y krossoverindən daha sürətlidir: krossover 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir. Model Y krossoveri isə bu işə 3,7 saniyə sərf edir.