Henrik Fiskerin banisi olduğu Fisker şirkəti hazırladığı yeni krossoverin növbəti tizerini dərc edib. Tesla Model Y krossoveri ilə rəqabət aparacaq modelin yeni tizeri onun klirensi barədə təsəvvür yaratmalıdır. Bundan başqa, tizerdə avtomobilin iri hava girişləri də nümayiş etdirilir. Bu girişlərin əsas vəzifəsi mühərriki deyil, əyləc mexanizmlərini soyutmaqdır.
Fisker elektrokrossoveri hər oxda biri quraşdırılan iki elektrik mühərriki və 80 kilomat-saatlıq həcmi olan batareyalar bloku ilə təchiz ediləcəkdir. Avtomobil çıxarılan və ya elektrik ötürməsi ilə açılan tavana malik olacaqdır. Bu tavan «kuzovun bütövlüyünə zərər vermədən, açıq tavanla səyahət etmək həzzini» təmin edəcəkdir.
İstehsalçı iri salonun, böyük proyeksiya displeyinin və bort sistemlərinin ağıllı interfeysinin olacağını da bildirib. Bundan başqa, krossover «ənənəvi olaraq uperkarlara xas olan dizayn elementrlərinə» sahib olacaqdır. Yeni elektrik krossoverinin bu ilin sonunda satışa çıxacağı ehtimal olunur.