Bentley Flying Spur Hybrid sedanı 2021-ci ilin yayında debüt edib. İndi isə, hibrid model Avropa bazarına çıxır: satışların başlanılmasından öncə avtomobil sertifikatlaşdırmadan keçib. Nəticədə, Flying Spur Hybrid sedanı "Bentley markasının tarixindəki ən effektiv və qənaətcil model" kimi tanınıb. Hibrid sedanın rəsmi təsdiqlənmiş yürüş məsafəsi 800 kilometrə çatır, lakin Bentley onun nə qədər yanacaq sərf etdiyini dəqiqləşdirməyib.

Yanacaq sərfiyyatı haqqında məlumat verilməsə də, Bentley atmosferə atılan zərərli tullantıların səviyyəsini açıqlayıb - hər kilometrə 75 qram CO2. Bu, eyni zamanda, Flyinq Spur modelini Bentley markasının ekoloji cəhətdən ən təmiz avtomobili edir.

Avtomobil istehsalçısının planlarına əsasən, şirkət yaxın gələcəkdə CO2 cəhətdən neytral olmalıdır: 2024-cü ilə qədər hər bir Bentley modelinin hibrid modifikasiya peyda olacaq, 2025-ci ildə isə, ilk tamölçülü elektrik avtomobili debüt edəcəkdir. Bu onilliyin sonuna qədər Britaniya brendi "yaşıl" avtomobillərin bütöv xəttini formalaşdırmaq niyyətindədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Flying Spur Hybrid sedanına gəlincə, o, 2,9-litrlik V6 biturbo mühərriki ilə təchiz edilir. Güc aqreqatının hasilatı 416 at qüvvəsi və 550 Nm fırlanma anıdır. Daxili yanma mühərriki ilə transmissiyanın arasında 136 at qüvvəli elektrik mühərriki quraşdırılır.

Hibrid qurğunun ümumi hasilatı 544 at qüvvəsi və 750 Nm təşkil edir (Bentayga hibrid krossoveri ilə müqayisədə 95 at qüvvəsi daha çoxdur). Hibrid sedan 100 km/saat həddini 4,3 saniyəyə toplayır ki, bu da Flying Spur V8 modelinin göstəricisindən cəmi 0,2 saniyə yavaşdır. Bentley Flying Hybrid modeli elektrik ötürməsi ilə 40 kilometrə qədər məsafə qət edə bilər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.