Bun gün Formula 1 çempionatının iştirakçılarından biri olan Force İndia komandası yeni mövsümdə istifadə edəcəyi VJM10 bolidini jurnalistlərə təqdim etmişdir. Yeni Force İndia VJM10 avtomobili komanda tərəfindən Silverstounda nümayiş etdirilmişdir.

Yeni texniki tələblərlə yaradılmış bolid qeyri adi «burun» forması ilə seçilir. «Biz ön asmanın formasını müəyyən edən yeni qaydalardan hərtərəfli istifadə etməyə cəhd etdik və mexanika nöqteyi nəzərindən onu yaxşılaşdırmağa nail olduq. Lakin, yeni reqlamentə əsasən, biz asmanı istədiyimiz kimi ön müqavimət qanadı ilə birləşdirə bilmədik», - deyən Force İndia komandasının texniki direktoru Əndi Qrin məsələyə aydınlıq gətirmişdir. 

Beləliklə, VJM10 bolidinin burun hissəsinin dizaynı bu günə qədər təqdim edilmiş bolidlər arasında ən radikal formaya malik olanıdır. Qrinin sözlərinə görə, yeni burun 2016-cı ilin konsepsiyasının davamını təşkil edir: «Bu əvvəlki konsepsiyanın eynisidir. Yeni «burun dəlikləri» keçən ilkinə nisbətən bir qədər başqa görünüşə malik olsalar da, bizim fəlsəfəmiz dəyişilməz qalır. Biz onları sadəcə bir balaca «genişləndirmişik»».

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt