Qarşımızda tarixdəki ən ekstremal Ford Mustang kupesi dayanıb. Daha doğrusu, o, zahiri cəhətdən amerikan maslkarına oxşasa da, bu kupe ümumiyyətlə Mustang deyil. Onun yeddinci nəsl Ford Mustang seriya modeli ilə unifikasiyası çox cüzidir və GTD modelinin konstruksiyasında vtoidman dünyasından götürülmüş bir çox həllərdən istifadə olunur. Ford əmindir ki, Mustang GTD trekdə Avropanın ən yaxşı superkarları ilə rəqabət apara biləcək!

Bu kupenin yaradılmasına 2021-ci ildə, Ford şirkətinin uzunmüddətdir ki, avtoidmandakı partnyoru olan Kanadanın Multimatic şirkəti ilə birlikdə başlanılıb. Məsələn, ortamühərrikli Ford GT kupesi də bu şirkətlə əməkdaşlıqda yaradılmışdı. Mustang GTD kupesinin də ortamühərrikli bir quruluşa sahib olacağı gözlənilsə də, dəyişikliklər o qədər də radikal olmayıb. Mühərrik öndə, ön oxun üstündə yerləşir, ancaq ötürmələr qutusu arxa tərəfdə quraşdırılıb – belə sxemdən əsasən yarış avtomobillərdə istifadə olunur və Transaxle adlanır.

Kupe hibrid deyil, burada heç bir elektrik üstqurumu yoxdur - hətta sadə 48-voltluq şəbəkə belə. Kapotun altında əvvəlki nəsil Mustang Shelby GT500 modelindən götürülmüş quru karterli və kompressorlu 5,2-litrlik V8 mühərriki yerləşir. Dəqiq hasilat hələlik adlandırılmayıb. Tərtibatçılar onun "təxminən 800 at qüvvəsi" olduğunu bildiriblər. Əvvəlki GT500 kupesində bu mühərrik 771 at qüvvəsi hasil edirdi. Əlavə ödəniş müqabilində titandan hazırlanmış buraxılış sistemini də sifariş etmək olar.

Ford Mustang seriya modellərində ötürmələr qutusu mühərrikin arxasında quraşdırılır, lakin Mustang GTD kupesində mühərrik transmissiyaya karbonplastikdən hazırlanmış kardan valı ilə birləşdirilir. Arxa oxdakı orijinal altçərçivədə iki muftalı səkkiz pilləli "robot" yerləşdirilib və bu, çəkinin oxlar arasında ideal şəkildə paylanmasına (50/50) nail olmağa imkan verib.

GTD modelinin şassisi orijinaldır və 100 millimetr genişləndirilmiş təkər izinə malikdir. Öndə, Mustang modeli üçün ənənəvi olan McPherson dayaqlarının əvəzinə daha ciddi iki qollu asqı, arxada isə üfüqi amortizatorları və qoşa yayları olan push-rod asqısı var. DSSV amortizatorları da hidravlik sistemə qoşulublar ki, bu da təkcə onların sərtliyini dəyişdirməyə deyil, həm də klirensi 40 millimetr aralığında tənzimləməyə imkan verir. Hidroakkumulyator ötürmələr qutusunu soyutmaq üçün nəzərdə tutulmuş  istilik dəyişdiricisi ilə birlikdə arxa tərəfdə yerləşir - yəni, Mustang GTD kupesində ənənəvi baqaj bölməsi yoxdur.

Aktiv aerodinamika da eyni hidravlik sistemə bağlıdır: hidravlik ötürmə iri arxa antiqanadın hücum bucağını dəyişir və radiatorların əlavə soyudulmasının təmin olunması üçün, ön çəpərcikləri nəzarət edir. Kuzov panellərinin əksəriyyəti karbonplastikdən hazırlanır: bunlar qanadlar, kapot, dam və digər panellərdir. Kupedə maqnezium ərintisindən disklər və Brembo karbon-keramika əyləc mexanizmləri quraşdırılıb. Ford şirkətinin məqsədi Mustang GTD kupesinin Nürburqrinqdəki dövrəni yeddi dəqiqədən az müddətdə tamamlamasıdır və bu, həqiqətən də layiqli nəticə olmalıdır.

İnteryerin şəkilləri hələ yayımlanmayıb, lakin salonda təkcə Recaro oturacaqlarının deyil, həm də istismardan çıxarılan Lockheed Martin F-22 döyüş təyyarələrinin komponentlərindən hazırlanmış bir sıra unikal titan hissələrin quraşdırılacağı vəd edilib. Arxa oturacaq yoxdur, onları yeganə baqaj yeri əvəzləyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ford Mustang GTD superkarları az miqdarda və mürəkkəb istehsalat logistikası ilə istehsal olunacaqlar. Ford şirkətinin Miçiqandakı zavodunda hazırlanan ilkin avtomobil dəstləri Kanadaya Multimatic fabrikinə göndəriləcək və orada hazır avtomobillər yığılacaqlar. Belə bir Mustang kupesinin qiyməti 300 min dollardır. İlk əmtəə avtomobillərinin yalnız 2024-cü ilin sonuna qədər peyda olması gözlənilir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.