Ford şirkəti,mühərrik bölməsində yanğına səbəb ola biləcək təhlükəli nasazlığa görə rekord servis kampaniyasını elan edib. Reuters agentliyinin məlumatına görə, 1,5-litrlik üçsilindrli mühərrikə malik olan 634 min 2020-2023-cü model ilinin Bronco Sport və Escape krossoverləri geri çağırılacaqlar. Avtomobillərdəki yağ ayırıcısının korpusu çatlaya bilər ki, bu da sürtkü yağının sızmasına, onun isti hissələrlə təmasına və nəticədə yanğına səbəb ola bilər.

634 min avtomobildə yağ ayırıcısının korpuslarının eyni vaxtda dəyişdirilməsi çox çətindir və buna görə də Ford nasazlığı aşkarlamağa kömək edəcək proqram təminatını buraxacaqdır. Belə ki, proqram təminatı yanacaq rampasında təzyiqin düşməsini aşkar edərsə, xəbərdarlıq verəcək və avtomatik olaraq mühərrikin gücünü azaldacaqdır. Beləliklə, müştərilər təhlükəsiz yerə qədər gedərək avtomobili dayandıra və servis xidməti ilə əlaqə saxlaya biləcəklər.

Ford şirkəti 1,5-litrlik mühərrikin alışması ilə bağlı 54 ismarıc alıb, lakin itki yoxdur. Ford yüz minlərlə avtomobil sahibinə problem həll olunana qədər krossoverlərini qarajda saxlamağı tövsiyə etməyib, çünki şirkətin hesablamalarına görə, qüsurlu avtomobillərin sayı o qədər də çox deyil. Geri çağırılma ABŞ-da 520 min xaricdə isə təxminən 114 min avtomobili əhatə edib.

Maraqlıdır ki, Escape və Bronco eyni problemə görə artıq bu ilin aprelində geri çağırılıb. O zaman bu kampaniya 345 451 avtomobili əhatə etmişdi. Yeni məlumata görə, bu avtomobillərdən bir hissəsi yenidən risk zonasında ola bilərlər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.