Ford şirkəti Avropa bazarında satılacaq və Ka modelini əvəz edəcək yığcam avtomobili təqdim etmişdir. Üçqapılı kuzov ilə satılan sələfindən fərqli olaraq, yeni avtomobil beşqapılı kuzov ilə təklif edilcəckdir. Fiesta modeli ilə platformanı bölüşdürən yeni avtomobil Ka+ adını almışdır. Ford Ka+ modelinin qabarit uzunluğu 3929 millimetr, təkər bazasının ölçüsü isə 2489 millimetrə bərabərdir. Baqaj bölümünün həcmi 270 litr təşkil edir.
Ford nümayəndəlirinin iddasına görə, Avropa bazarında satılan beşqapılı hetçbek Hindistan və Cənubi Amerikada satılan eyni adlı modeldən ciddi şəkildə fərqlənəcəkdir. Avropada satılacaq avtomobil başqa sükan sistemi, yayları və amortizatorları, şinləri, təkmilləşdirilmiş arxa torsion dirəyi, qabaq rama altlığı və mühərrikin dayaqları ilə fərqlənir.
Ford Ka+ modeli 1,2-litrlik iş həcmi olan dördsilindirli Duratec mühərriki ilə təchiz ediləcəkdir. Fiesta modelinin 1,25-litrlik mühərrikinin bazasında yaradılmış mühərrik iki güc variantında - 70 və 85 at qüvvəsi ilə təklif ediləcəkdir. Hetçbekin standart təchizatına altı təhlükəsizlik yastığı, kondisioner, stereosistem və yoxuşda start zamanı kömək sistemi daxil edilmişdir.
Yeni avtomobilin əsas rəqibləri Dacia/Renault Sandero, Kia Rio, Suzuki Celerio, Peugeot 108 və Citroen C1 modelləri olacaqdır. Böyük Britaniyada hetçbek 8995 funt-sterlinqdən başlanan qiymətlərlə təklif ediləcəkdir.