Ford şirkəti bir müddət bundan əvvəl Amerikada istehsal etdiyi elektrik avtomobillərinin buraxılışını azaldıb. İndi isə, amerikan istehsalçısı oxşar tədbirlərə Avropada əl atıb. Tam yeni Explorer və Capri elektrik avtomobillərinin istehsal edildikləri Kölndəki zavod məcburi istirahətə göndərilib. Qeyd etmək lazımdır ki, Ford Capri modeli bir neçə ay bundan əvvəl debüt edib.

Milad bayramlarına qədər şirkət bir  iş həftəsini bir fasilə həftəsi ilə növbələndirəcək. Şirkət bu qərarını “elektromobil bazarının sürətlə pisləşən vəziyyəti” ilə izah edib. Elektromobilləri istehsal etmək üçün Köln zavodunu yenidən təchiz etmək üçün 2 milyard dollar xərcləməsi və məşhur Ford Fiesta hetçbeki də daxil olmaqla yanacaqla işləyən modellərdən imtina vəziyyət çətinləşdirib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.