Ford şirkəti Mustang modelinin 55 illik yubileyinə həsr edilmiş xüsusi Mustang55 versiyasını təqdim edib. Məlum məsələdir ki, xüsusi versiya xüsusi interyer və eksteryer tərtibatına malik olmalıdır.
Avropa bazarında satılacaq Ford Musteng55 450 at qüvvəsi hasil edən 5,0-litrlik V8 mühərriki ilə də təchiz ediləcəkdir. Zahiri cəhətdən yubiley modelini kapotda və kuzovun aşağı hissəsindəki zolaqlar, qara dam (fastbək), 19-düymlük parlaq təkər diskləri, qara emblemlər və opsional arxa spoyler sayəsində tanımaq olar. Salonda isə, ötürmələr qutusunun orijinal dəstəyini və Bang&Olufsen səs sistemini görmək olar.
Bundan başqa, Ford 2,3-litrlik EcoBoost mühərriki ilə təchiz edilmiş versiyanı da cüzi yeniləyib. İndi bu versiya səsi tənzimnləməyə imkan verən Active Valve Performance klapanlarına məxsus olan buraxılış sisteminə, həmçinin Shelby GT350 və GT500 modellərinin üslubunda dekora sahib olub.
Eyni zamanda, avtomobillər FordPass Connect sistemi ilə təchiz edilirlər ki, bu sistem də 10 qurğuya qədər qoşulmaq imkanı verən Wi-Fi giriş nöqtəsidir. Əlavə olaraq, karbonu təqlin edən dekor elementləri və dəri ilə örtülmüş mərkəzi konsol da təklif edilir.
Ford Mustang55 modelinin Avropadakı satışlarına avqust ayında başlanacaqdır. Modeli həm standart, həm də yumşaq qatlanan damla da almaq olar.